main-post-cover

    LG şirkəti 3 ekranlı qatlana bilən smartfon üzərində çalışır (VİDEO)

    07.08.2019
    Farid Pardashunas
        Sentyabr ayının əvvəlində Berlində hər il ənənəvi olaraq keçirilən IFA sərgisi (məişət elektronikası sərgisi) baş tutacaq. Həmin sərgidə LG şirkəti də iştirak edəcək. Bu münasibətlə şirkət həmin tədbirdə iştirakını əks etdirən tizer videosunu təqdim edib. Şirkətin təqdim etdiyi tizer videosunda o, jurnalistləri həmin sərgidə olacaq təqdimat tədbirinə dəvət edir. Şirkət ilk dəfə olaraq IFA 2019 sərgisində özünün 3 ekranlı qatlana bilən smartfon modelini təqdim edəcək.

        Bu barədə Mashable saytına istinadən 4pda saytı xəbər verib. Təqdim olunmuş qısa videoda nazik çərçivələrə sahib smartfon əks olunub. Daha sonra bu smartfon kitab kimi açılaraq ikinci ekranı sərgiləyir. Videonun sonunda smartfon yenidən bağlanır və görünür ki, o, xarici tərəfdən də böyük olmayan əlavə ekrana sahibdir.

        Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində LG şirkəti V50 ThinQ 5G smartfon modelini təqdim etmişdi. Həmin smartfon Dual Screen özəlliyinə sahibdir. Belə ki, V50 ThinQ 5G-yə əlavə ekran modulunu qoşmaq mümkündür. Çox güman ki, LG şirkəti bu konsepsiyanı inkişaf etdirməkdə niyyətlidir. Tizer videosundan belə qənaətə gəlmək olar ki, LG şirkətinin yeni smartfon modeli 6 sentyabr tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər