Logo
    main-post-cover

    LG şirkəti ekranın alt hissəsinə yerləşdirilən ön kamera texnologiyasını hazırlayır

    Elm & Texnologiya
    06.12.2023
    Emil
         Hal hazırda mobil bazarda ən böyük tələbata sahib texnologiyalardan biri də ekranın alt hissəsinə yerləşdirilən ön kameradır. Bir neçə smartfon istehsalçısı öz cihazlarında artıq bu texnologiyadan istifadə edir. Ekranın alt hissəsinə yerləşdirilmiş kamera texnologiyası həmin smartfonlarda ön kamera vasitəsilə çəkilmiş fotoların aşağı keyfiyyətdə olmalarına səbəb olur. Bununla belə sözügedən texnologiyanın ideal variantının hazırlanması üzrə müxtəlif şirkətlər tərəfindən işləır davam edir.
         Artıq yaxın illər ərzində bu, reallığa çevrilə bilər. Koreyanın kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən LG Innotek şirkəti Freeform Optic Lens adlı texnologiya üzərində çalışır. Məlumata əsasən sözügedən texnologiya ekranın alt hissəsinə yerləşdirilmiş kamerada yetəri qədər işığın udulmaması problemini aradan qaldıra biləcək. Məlumatda qeyd edilib ki, LG Innotek-in bu texnologiyasına böyük marağı Apple şirkəti göstərir və o artıq ekranın alt hissəsinə yerləşdirilən bu cür kameranın prototiplərini əldə edib.
    Paylaş