main-post-cover

    LG şirkəti əyilə bilən smartfonun patentini aldı

    05.07.2018
    Farid Pardashunas
        ABŞ-ın ticarət nişanları üzrə patent bürosu LG şirkətinin yeni patentini təsdiqləyib. Söhbət, qeyri-adi konstruksiyaya sahib əyilə bilən smartfondan gedir. Bu patent şirkət tərəfindən yeni formatda cihazın yaradılması barədə planlardan bəhs edə bilər. Patentdə qeyd olunmuş cihaz adi vəziyyətdə tipik smartfonu xatırladır. Bundan əlavə olaraq o tamamilə çərçivələrədən məhrumdur. Lakin cihazın mərkəzində bükücü hissə var. Onun sayəsində patentdəki cihazı bükmək mümkündür.

        Patentdə qeyd olunub ki, sözügedən cihazda maqnit bərkidici var və smartfon bükülü vəziyyətdən açılanda onun ekranı avtomatik olaraq aktivləşəcək. Bundan əlavə olaraq bükücü hissəni müxtəlif formalarda istifadə etmək mümkün olacaq. Məsələn həmin hissəni V formasında bükəndə smartfonun ikinci hissəsi dayaq rolunu oynayacaq. Bükülən hissəsini daha bir maraqlı üsul üçün də istifadə etmək olar. Belə ki, bükülmüş vəziyyətdə cihazı geyimin üzərinə bərkitmək mümkün olacaq. Beləliklə o adi smartfondan action kameraya çevriləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər