main-post-cover

    LG şirkəti gələcək smartfonlarının yeni dizaynını təqdim etdi

    Elm & Texnologiya
    09.04.2020
    Emil Nəcəfov
        LG şirkəti bir neçə ildir ki, öz smartfonlarının dizaynlarını dəyişmir. Lakin yaxın zamanda şirkət bu vəziyyəti dəyişə bilər. Belə ki, LG konseptual cihazın eskizini təqdim edib və qeyd edib ki, öz gələcək smartfonlarında eskizdəki cihazın dizaynını reallaşdıracaq. Bu barədə Gagadget saytı xəbər verib. LG bu cür yeni dizaynı 3D Arc Design adlandırıb. Sözügedən dizayn ekran və arxa panel üzərində simmetrik əyilmələri özündə birləşdirir.
        LG-nin təqdim etdiyi yeni dizaynın əsas özəlliyi isə damcı formasında reallaşdırılacaq arxa kameralar olacaq. Beləliklə əsas kamera modulu digər kamera modullarından və LED işıqlandırma sistemindən daha böyük olacaq. Çox güman ki, şirkətin yeni smartfon dizaynını ilk əldə edəcək smartfon modeli LG Chocolate seriyasından olacaq. Son məlumatlara əsasən LG özünün LG G smartfon seriyasını bağlamağı və onun əvəzinə bir vaxtlar məşhur olmuş LG Chocolate seriyasını bərpa etməyi planlaşdırır.
    Linki kopyala