
LG şirkəti iki ekrana və smartfon funksiyalarına sahib stilusun patentini alıb
Elm & Texnologiya
06.07.2018
Emil
LG şirkəti iki
ekranlı və smartfon özəlliklərinə sahib qeyri-adi stilusun patentini alıb.
Patent fotolarından da görmək olar ki, smart stilus bir yox birbaşa iki ekranla
təchiz olunub. Birinci ekran elastikdir və birbaşa korpusdan çıxır. İkinci
ekran isə daha kiçikdir və korpusun özündə yerləşdirilib. İkinci kiçik ekranda
tətbiq ikonları, bildirişlər, zənglər və s. əks olunur. Birinci elastik ekran
isə ölçüsünə görə smartfon ekranına yaxındır. Stilusdakı xüsusi düymə vasitəsilə
həmin ekran korpusun daxilindən çölə çıxır və geriyə qayıdır.

İki ekrana sahib
smart stilus smartfon funksiyalarını özündə birləşdirir və demək olar ki,
smartfonu əvəz edir. Cihaz həmçinin hiroskop, kompas, təzyiq və göz hərəkətlərinin izlənməsi ötürücüləri ilə kameraya sahibdir. Stilus üstəgəl barmaq izi skanı, səsgücləndirici
və mikrofon ilə də təchiz olunub. Bütün bunlardan əlavə olaraq sözügedən
stilusu smartfona qoşaraq ondan adi stilus kimi də istifadə etmək mümkündür. Məslən
sözügedən stilus vasitəsilə kağız üzərində yazılmış hər bir şey smartfonda əks
olunur və yaddaşda saxlanılır. Qeyd etmək lazımdır ki, bu stilus LG şirkətinin
sadəcə olaraq növbəti bir patentidir. Çox güman ki, cihaz elə patent olaraq da
qalacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
