main-post-cover

    LG şirkəti LG G seriyasını ləğv etməyi və unudulmuş digər smartfon seriyasını bərpa etməyi planlaşdırır

    Elm & Texnologiya
    30.03.2020
    Emil Nəcəfov
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, LG şirkətinin növbəti flaqman smartfon modeli Snapdragon 865 prosessoru əvəzinə Snapdragon 765G prosesoru ilə təchiz olunacaq. Cənubi Koreyadan olan kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən LG şirkəti daha bir vacib qərar verib. Belə ki, şirkət LG G flaqman smartfon seriyasının ləğv edilməsini və uzun illər öncə məşhur olmuş, lakin sonradan unudulmuş digər smartfon seriyasını yeniləməyi planlaşdırır. Bu barədə Fonearena saytı xəbər verib.
        Hələ təqdim olunmamış LG G9 ThinQ smartfon modelinin aqibətinin necə olacağı tam məlum deyil. Ola bilər ki, bu smartfon tamamilə fərqli ad ilə satışa çıxsın. Verilmiş məlumata əsasən şirkət bir vaxtlar məşhur olmuş LG Chocolate smartfon seriyasını bərpa etmək niyyətindədir. Qeyd etmək lazımdır ki, bu seriya altında mobil telefonlar 2000-ci illərdə satışa çıxırdılar. LG-yə yaxın olan mənbələr qeyd edirlər ki, şirkət hal hazırda keçmiş seriyalara üstünlük verir və ümid edir ki, bu üsulla o, mobil sahədə öz mövqelərini yaxşılaşdıra biləcək. Mənbələr bildirirlər ki, yeni Chocolate modeli hal hazırda mövcud olan 5G smartfonlardan fərqlənəcək. Sözügedən smartfon artıq may ayında təqdim oluna bilər.
    Linki kopyala