main-post-cover

    LG şirkəti öz yeni flaqman modeli olan LG G7 ThinQ modelini təqdim etdi (VİDEO)

    03.05.2018
    Farid Pardashunas
    LG şirkəti sonunda öz yeni flaqman modeli olan G7 ThinQ smartfonunu təqdim etdi. Smartfon flaqman özəlliklərə, çıxıntılı böyük ekrana, ikili arxa kameraya və ayrıca Google Assistant düyməsinə sahibdir. Cihazın ön paneli 3120x1440 piksel keyfiyyətli 19.5:9 nisbətli 6.1 inç IPS ekranla təchiz olunub. Ekranın yuxarı hissəsində iPhone X-dəki kimi çıxıntı var. Həmin çıxıntının daxilində isə səsgücləndirici, kamera və ötürücü yerləşdirilib. İstifadəçi öz istəyinə uyğun həmin çıxıntını proqram təminatı vasitəsilə qara zolağın hesabına gizlədə bilər.

    LG G7 ThinQ modelində LG şirkətinin yeni Super Bright Display texnologiyası istifadə olunur. Beləliklə istifadəçi gün işığı altında rahatlıqla ekrandan istifadə edə bilər. Bununla yanaşı bu texnologiya sayəsində ekranın enerji sərfiyyatı 30% aşağı düşür. Smartfonun arxa paneli də ön panel kimi Gorilla Glass 5 qoruyucu şüşəsi ilə örtülüb. Cihazın korpusu həmçinin IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. LG G7 ThinQ-də geniş bucaqlı ikili arxa kamera tətbiq olunub. Lakin baxış bucağı 120 dərəcədən 107 dərəcəyə endirilib.

    Smartfon 16 MP (f/1.6 diafraqmalı) + 16 MP (f/1.9 diafraqmalı) ikili arxa kamera ilə təchiz olunub. Standart kamera tətbiqində həmçinin AI CAM rejimi tətbiq olunub. Bu rejim sayəsində kamera kadrdakı səhnələri və obyektləri təyin edə bilir. Şirkətin verdiyi məlumata əsasən onun hazırladğı alqoritmlər 1000-dən çox obyekti təyin edərək hər bir obyektə optimal çəkiliş rejimini təklif edə bilirlər. Məsələn güllərin şəklini çəkərkən rəng dolğunluğu artır və ya kadrda çoxlu sayda adam varsa kamera avtomatik şəkildə geniş bucaqlı rejimə keçid edir. Smartfon həmçinin f/1.9 diafraqmalı 8 MP-lik ön kamera ilə də təchiz olunub.

    Digər texniki göstəricilərə gəldikdə isə LG G7 ThinQ 8 nüvəli Snapdragon 845 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş (microSD, microSDXC microSDHC kartlarının dəstəklənməsi), 3000 mAh enerji tutumlu batareya (Quick Charge 4.0 sürətli enerji yığma özəllikli), iki SIM kart girişi, USB Type-C girişi və 3.5 mm-lik audiogirişlə təchiz olunub. Smartfon Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. LG şirkəti yeni flaqman modelinin satış tarixi və qiyməti barəsində heç bir məlumat verməyib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər