LG şirkəti özünün əyilə bilən smartfonunu artıq Yanvar ayında təqdim edə bilər

LG şirkəti özünün əyilə bilən smartfonunu artıq Yanvar ayında təqdim edə bilər

01.11.2018 PAYLAŞIM

    LG şirkəti Samsung Huawei kimi rəqib şirkətlərdən geri qalmağı planlaşdırmır. Buna görə də şirkət artıq bir neçə aydan sonra öz əyilə bilən smartfon modelini təqdim edə bilər. Məşhur insayder Evan Blass-ın verdyi məlumata əsasən LG şirkəti öz ilk əyilə bilən smartfon modelini CES 2019 sərgisində təqdim edəcək. Bu sərgi isə 8-11 Yanvar tarixlərində Las Veqasda baş tutacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə bir sıra analitiklər bildirmişdilər ki, LG digər şirkətlərdən fərqli olaraq tələsmir və əyilə bilən smartfon modelini yaxın zamanda təqdim etməyəcək.

Görünür, şirkət öz fikrindən daşınıb. Şirkətin ilk əyilə bilən smartfon modeli barəsində isə hələki heç bir məlumat yoxdur. LG-dən fərqli olaraq Evan Blass Samsung şirkəti barəsində heç bir məlumat verməyib. Əvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Samsung özünün əyilə bilən smartfon modelini bu ayın 7-də keçirilcək Samsung Developer Conference tədbirində təqdim edəcək. Lakin sonrakı məlumatlar smartfonun həmin tədbirdə təqdim edilməyəcəyinə işarə etdilər.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×