main-post-cover

    LG şirkəti yeni flaqman smartfonu LG V60 ThinQ 5G-ni təqdim etdi

    Elm & Texnologiya
    27.02.2020
    Farid Pardashunas
        Bu ilki MWC 2020 sərgisinin ləğv edilməsi səbəbilə LG şirkəti öz yeni flaqman smartfon modeli olan LG V60 ThinQ 5G-ni Cənubi Koreyada təqdim etdi. Smartfon flaqman texniki özəlliklər, böyük həcmli batareya və əlavə ekranın qoşulması xüsusiyyətini əldə edib. Beləliklə LG V60 ThinQ 5G smartfonu Full HD+ keyfiyyətli 6.8 düym ekrana sahibdir. Ekranın yuxarı hissəsinin mərkəzində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib.
        Əsas texniki göstəricilərə gəldikdə, smartfon Snapdragon 865 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (2 TB-a kimi microSD dəstəkli), 64 MP (f/1.8 diafraqmalı) + 13 MP (f/1.9 diafraqmalı) + 0.3 MP (ToF modul) üçlü arxa kamera, 10 MP-lik (f/1.9 diafraqmalı) ön kamera və Quick Charge 4+ sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Smartfonun digər özəllikləri sırasında hmçinin Wi-Fi 6 standartının dəstəklənməsi və smartfon gövdəsinin IP68 standartı üzrə tozdan və sudan qorunma xüsusiyyəti var. LG V60 ThinQ 5G 4 ədəd mikrofona və LG 3D Sound texnologiyasının dəstəyinə sahibdir. Şirkətin verdiyi məlumata əsasən LG 3D Sound texnologiyası vasitəsilə smartfon daha keyfiyyətli və həcmli səs effektini təmin edir.
        Qeyd etmək lazımdır ki, sözügedən smartfona Dual Screen aksessuarı vasitəsilə 6.8 düym ölçüdə olan ikinci ekranı qoşmaq mümkündür. İkinci ekran smartfona USB Type-C girişi vasitəsilə qoşulur. Lakin V50 ThinQ modelindən fərqli olaraq yeni smartfona qoşulan ikinci ekran modulu fərdi batareyaya sahib deyil. Bütün bunlardan əlavə olaraq LG mühəndisləri barmaq izi skanı texnologiyasını smartfonun ekranına inteqrasiya ediblər. LG V60 ThinQ 5G Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonun satış tarixi və qiyməti barəsində məlumat daha sonra veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər