
LG şirkətinin ilk əyilə bilən smartfon modelinin mümkün adları ortaya çıxdı
Elm & Texnologiya
23.11.2018
Emil
LG də digər smartfon istehsalçıları kimi özünün əyilə bilən smartfon modeli üərində çalışır. İndi isə şirkətin ilk əyilə bilən smartfon modelinin mümkün adları ortaya çıxıb. Belə ki, şirkət EUIPO agentliyində (Avropa Birliyinin intellektual mülkiyyət üzrə agentliyi) yeni smartfonun bir neçə adını qeydiyyatdan keçirdib: Flex, Foldi və Duplex. Hər üç ad variantı smartfona aiddir. Lets Go Digital saytının verdiyi məlumata əsasən söhbət məhz əyilə bilən smartfon modelindən gedir. Məlumata əsasən şirkətin ilk əyilə bilən smartfon modeli P-OLED matrisalı ekranla təchiz olunmalıdır. Bəzi məlumatlara əsasən smartfon Yanvar ayında keçiriləcək CES 2019 sərgisində təqdim olunmalıdır.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
