main-post-cover

    LG Smart çevirici funksiyalı yeni NeoChef Mikrodalğalı sobanı təqdim etdi

    16.05.2018
    Farid Pardashunas
    Unikal dizayn və ağıllı çevirici texnologiyası ilə, LG-nin yüksək göstəricili mikrodalğalı sobası istifadəni asanlaşdıran bir çox funksiya təqdim edir.
        Kiçik minimalist toxunuşlarla bəzədilmiş, istifadəçiyə rahatlıq verən dizaynı ilə LG Electronics -in LG Neochef modeli kulinariya və mikrodalğalı soba anlayışnı yeni bir səviyyəyə çatdırır. Ən son dizayn trendlərinin tətbiq olunduğu soba həm minimalistik, həm də əlçatandır. O istənilən mətbəxə premium görüntü qatır.
        Ələ yatımlı istifadəsi olan NeoChef -in idarə sistemi və sadələşdirilmiş interfeysi əməliyyatların sürətləndirilməsinə imkan yaradır. Eyni zamanda “Anti-Bacterial EasyClean” (Anti-Bakterial asan təmizləmə) kimi gigieyna qoruyan xüsusiyyətləri ilə istifadəçilərin sobalarını təmiz saxlamalarına imkan yaradır. Eleqant LG NeoChef -in bütöv şüşə ilə örtülmüş qapağında parçaların birləşdiyi nöqtələrdə kobud aralıqlar yoxdur. Bu sadə və parlaq görüntü və mat eksteryer NeoChef -in istənilən mətbəxə uyğun görünməsinə imkan yaradır. Neochef -in bütöv şüşə parçası və metal hissələrinin yaratdığı incə kontrast ona eleqant görüntü verir. Erqonomik şəkildə dizayn edilmiş cibformalı qulp və düymələr porsiyası istifadəçilərin mütləq razılığı və dəqiqliyi üçün hesablanıb. NeoChef, istifadəyə rahatlıq gətirən xüsusiyyətlərini, əməliyyatları sadələşdirən sürüşdürməli sensor idarə sistemi ilə genişləndirir.
         LG -nin xüsusi Smart Çeviricisi ilə NeoChef -in bişirməyi bacarmayacağı heç bir şey yoxdur. 300 -dən 1.200 wata qədər güc aralığından istifadə edərək bişirmə və ya don-açma proseslərini yerinə yetirən SmartInverter bütün qida maddələrini və ləzzəti qoruyur. Smart Inverter həm də öz 1200 watt güc göstəricisi ilə adi sobalardan çox daha sürətli bişirə bilir.
         Əlavə olaraq NeoChef şokolad və pendir kimi inqredientləri əridə bilir və əvvəlcədən qeyd olunmuş tənzimləmələri əsasında xüsusi təamlar hazırlaya bilir. LG -nin inkişaf etmiş sobası hətta sağlam laktobakil yoqurtları bir çox yoqurt hazırlayanlardan daha tez ərsəyə gətirir. Sobanın sağlam qızartma xüsusiyyəti hətta hər bir yeməyin öz dadını qoruyur və onları 72 faiz az yağlı edərək daha sağlam təamlar bişirir.
         NeoChef həm də təmizliyi və bişirmə prosesini sürətləndirmək üçün bir çox xüsusiyyətə sahibdir. "Anti-Bacterial EasyClean" örtüsü sobanın təmizlənmə prosesini asan və sadə edir. Sobanın içi iki dəfə az əziyyətlə, iki dəfə sürətli şəkildə təmizlənə bilir. NeoChef -i təmizləmək üçün onu silgi ilə üç dəfə silmək bəs edirsə, adi sobalarda bu yeddi dəfəyə bərabərdir. Üzlük həm də təhlükəli bakteriyaların sobanın içində çoxalmasının qarşısını alır və 99.99 faiz zərərli bakteriyaları aradan qaldırır.
        Bir çox rahatlıq artıran xüsusiyyətlərilə NeoChef mürəkkəb təamların hazırlanmasını asanlaşdırır. Onun innovativ heksaqon şəkilli dönən-boşqabı altı ayaqlı dəstəkləri ilə daha stabildir. Bu yeniliyin köməyi ilə yeməklər tam mərkəzə yerləşdirilmədiyi halda belə sobanın içinə tökülmür. Enerji təsərrüfatı ilə seçilən interyeri aydınladan LED işıq,  adi sobalardakindən üç dəfə daha parlaqdır. Bu işığın köməyi ilə istifadəçilər içəridə gedən prosesi aydın şəkildə izləyə bilərlər. NeoChef -in ölçüsü əvvəlki modellərlə eyni olsa belə daha geniş interyer təklif edir. Kompakt ölçüləri ilə hər bir mətbəxdə özünə yer tapa bilən sobanın içində boşqab ölçüləri üçün demək olar ki, limiti yoxdur.
         LG Elektronics və Ev avadanlıqları & Havadəyişən qurğu kompaniyası prezidenti Song Dae-hyun: “Hər bir istifadəçiyə xoş gələn minimalistik dizaynı ilə LG-nin yeni mikrodalğalı sobası şirkətin öz qurğularına həm funksiyanallıq həm də premium görüntü qatmaq çalışmalarındakı diqqəti göstərir. LG-nin xüsusi Smart inverter texnologiyası ilə təchiz olunan soba effektiv və səmərəli şəkildə isitmə və don-açma proseslərini reallaşdırır, bişirmə vaxtını azaldır və istifadəçilər üçün dadlı, lazımi qida maddələrini hazırlamaq prosesini çox asan edir."
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər