
LG uzana və bükülə bilən yeni növ elastiki ekranı təqdim edib (VİDEO)
Elm & Texnologiya
14.11.2024
Emil
LG şirkəti yeni növ elastiki LCD ekran prototipini təqdim edib. Təqdim edilmiş bu yeni elastiki ekranı rahatlıqla uzatmaq və ya bükmək olar. Təqdim edilmiş ekranın standart ölçüsü 12 düym təşkil edir. Lakin onu uzadaraq ilkin ölçüdən 50% daha böyük etmək olar. Ekranın uzadılması və ya bükülməsi halında onun funksionallığına heç bir zərər dəymir. Bu isə onu smartfonlarda, planşetlərdə və hətta geyimlərdə istifadə etmək imkanını verir. Bu yeni elastiki ekranda 40 mikrometr ölçülü işıq diodlarından və hər düym üçün 100 piksel görüntü keyfiyyətindən istifadə edilir. Nəticədə ekran işığın bütün rənglərini əks etdirə bilir. LG şirkəti hətta sentyabr ayında Seulda keçirilmiş moda tədbirində elastiki ekranların geyimlərə inteqrasiya edilmiş versiyalarını da sərgiləmişdi.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
