LG V30 ilə 50.000$-lıq RED Weapon kamerasının müqayisəsi (VİDEO)

LG V30 ilə 50.000$-lıq RED Weapon kamerasının müqayisəsi (VİDEO)

Texnologiya
03.10.2017 PAYLAŞIM

Rejissor, videoblogger və videoçəkiliş üzrə Full Time Filmmaker adlı online məktəbin yaradıcısı Parker Walbeck, qiyməti 50.000$ olan RED Weapon professional kamerasının fonunda yeni flaqman model olan LG V30-un kamerasını test edib.

Qeyd etmək lazımdır ki, RED Weapon, Hollywood filmlərinin çəkilişində istifadə olunur. “LG” şirkətinin məlumatına əsasən V30 modelindəki kamera, bazarda olan ən yaxşı kameralardan biridir. Əsasən də söhbət, videoçəkiliş özəlliyinə gələndə smartfonun kamerasını ayrıca tərifləmək lazımdır. Smartfonda olan görüntü, səs ayarları və film effektləri sayəsində o, bazarda olan digər rəqiblərindən ön plana çıxır.

Hər iki kameranı müqayisə etmək üçün Parker, The Secret Life of Walter Mitty” filmindən olan ən gözəl səhnələrdən birini canlandırıb. Həmin səhnədə filmin baş qəhrəmanı, skateboard vasitəsilə İslandiyanın dağlıq yerlərində hərəkət edirdi. Təbii ki, filmin özündə həmin səhnəni çəkmək üçün baha qiymətli stabilizator, dron və kameralardan istifadə olunub. Lakin LG V30 modeli ilə canlandırılmış həmin səhnənin montajından sonra onun da ən az filmdəki kimi möhtəşəm göründüyünü görmək olar.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×