
LG-nin qarşıdakı günlərdə
təqdim edəcəyi yeni flaqmanı LG V30 yeni bir sızıntı ilə qarşımıza çıxdı.
Ortaya çıxan məlumatlara görə LG V30 Plus modeli satışa təqdim edilə bilər.LG smartfon
bazarındakı yerini möhkəmləndirmək adına güclü investisiyalar edərək iddialı
smartfonlarla qarşımıza çıxır. Ekran çərçivə nisbətini LG G6 ilə olduqca aşağı çəkən LG,
V30 modelində də bu ənənəni davam etdirəcək. Ortaya çıxan yeni sızıntı isə LG V30 Plus modelini gündəmə gətirdi.
LG-nin G6 modelində etdiyi kimi V30 modelində də fərqli versiyaları bazara təqdim etməsi gündəmdədir. Ortaya çıxan məlumatlara görə LG, G6 Plus və G6 Pro modellərindən sonra indi isə LG V30 Plus modelini inkişaf etdirir.
LG V30 dizaynı sızdırıldı!
İddialara görə Cənubi Koreyada satışa çıxacaq olan LG V30 Plus, əgər tələb görsə global
bazara da satışa təqdim edilə bilər. Xüsusiyyətlərə baxdığımızda isə V30
modelinə müqayisədə kiçik fərqliliklərlə bir addım daha irəlidə olduğunu deyə
bilərik.6 inç böyüklüyündə
2880x1440 piksel ekranla gələcək
olan LG V30 Plus, Snapdragon 835 prosessor, 6 GB RAM, 128 GB daxili yaddaş sahəsi,
iki arxa kamera, 3200 mAh batareya və
Hi-Fi səs modulunun iştirak edəcəyi deyilir.
Qiymət tərəfində isə 700 dollar qiymət etiketi ilə gəlməsi gözlənilən LG V30 modelinin əksinə LG V30 Plus üçün isə 875 dollar qiymət etiketinin iştirak etməsi gözlənilir. 31 avqust tarixində təqdim ediləcək olan yeni modellərin sentyabr ayının sonunda rəflərdəki yerini alması gözlənilir.
Şərh yoxdur