
LG Velvet-in təqdimat tarixi elan olundu (VİDEO)
Elm & Texnologiya
24.04.2020
Farid
Koreyanın LG şirkəti özünün Velvet adlı yeni smartfon modelinin təqdimat tarixini elan edib. Bu barədə The Verge saytı xəbər verib. Beləliklə LG Velvet may ayının əvvəlində təqdim olunacaq. Təqdimat tədbiri 7 may tarixində baş tutacaq. Qeyd etmək lazımdır ki, LG Velvet modeli şirkətin bundan əvvəlki smartfonlarına bənzəməyəcək və tamamilə yeni dizayn əldə edəcək. Smartfon simmetrik əyilmələrə sahib gövdə, Raindrop adlı damcı formalı kamera sensorları əldə edəcək. Bundan əlavə olaraq smartfon üçün ikinci ekrana sahib ayrıca keys də istehsal olunacaq. LG Velvet smartfonu Snapdragon 765G prosessoru və 5G modem ilə təchiz olunacaq. Onun təqribi olaraq 700$ qiymətində satılacağı gözlənilir..
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
