LG W adlı yeni büdcəli seriyanın ilk smartfonu barəsində məlumatlar ortaya çıxdı

LG W adlı yeni büdcəli seriyanın ilk smartfonu barəsində məlumatlar ortaya çıxdı

Texnologiya
12.06.2019 PAYLAŞIM

    Biz artıq xəbər vermişik ki, LG şirkəti özünün LG W adlı yeni büdcəli smartfon seriyasını təqdim etməyə hazırlaşır. İndi isə internetdə bu seriyaya daxil olacaq ilk smartfon modeli barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Gizmochina saytına istinadən Gagadget saytı xəbər verib.


Bənzər xəbər


    Beləliklə ortaya çıxmış posterlərə əsasən smartfon 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla belə smartfonun qalınlığı 8.5 mm təşkil edəcək. Smartfon 12 nanometrlik texnoloji proses əsasında hazırlanmış 2.0 GHz tezlikdə çalışan 8 nüvəli prosessor ilə təchiz olunacaq. Smartfonun sahib olacağı prosessorlar sırasında üç variant var: MediaTek Helio P22, Helio P60Snapdragon 439.


    Smartfon həmçinin Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, LG W seriyasına daxil olacaq ilk smartfon ekran üzərində damcı formalı çıxıntı hissə, arxa paneldən barmaq izi skanı texnologiyası və üçlü arxa kamera ilə təchiz olunacaq. Onun güman olunan qiymət göstəricisi isə 150$-dır. Smartfonun təqdimatı artıq bu ay baş tutmalıdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..

×