LG yenilənmiş 'InstaView' seriyası ilə soyuducu bazarını dəyişir

LG yenilənmiş 'InstaView' seriyası ilə soyuducu bazarını dəyişir

07.06.2018 PAYLAŞIM

    Qlobal soyuducu bazarında liderliyini qoruyan LG məşhur "InstaView" seriyasını yeniləyir. Cazibədar şüşəli dizaynı və bir çox texnoloji xüsusiyyətlərilə bazarda tanınan "InstaView" seriyasının yeni üzvü “Multi-Door” modelidir.

     İstifadəçilərin mətbəx həyatında yeni mərhələ

Bənzər xəbər


     Daim istifadəçilərin həyatını asanlaşdırmağa çalışan LG Electronics çox-qapılı soyuducu modellərinə də "InstaView Door-in-Door" texnologiyasını tətbiq edir. LG -nin bu seriyasının üzərində xüsusi hamar şüşə panel yerləşir. Bu şüşə panelə iki dəfə toxunduğunuz an həmin panel şəffaf bir şüşəyə çevrilir və soyuducunun içi aydın şəkildə görünür. Bu innovativ xüsusiyyətin köməyilə soyuq hava soyuducunu tərk etmir, enerjiyə və vaxta qənaət edilir.    Bu seriyanın digər bir innovativ xüsusiyyəti gizlin qapılarıdır. Soyuducu qapısının altındakı gizlin düyməni basmaqla qapının arasından ikinci bir anbar açılır. Bu hissənin köməyilə siz əsas qapıları açıb soyuq havanın qaçmasının qarşısını alır həm də soyuducudan daha rahat və sürətli şəkildə istifadə edə bilirsiniz.

     "InstaView" seriyasının daha bir innovativ xüsusiyyəti onun buz hazırlama bölməsidir. Sol qapının ara hissəsində daha əvvəl heç bir soyuducuda görmədiyiniz çox geniş bir buz hazırlayan aparat yerləşir. Siz sadəcə suyu əlavə edirsiniz və LG-nin “Slim Spaceplus” buz sistemi istifadəyə hazır buzları öz qabına boşaltmağa başlayır. Bu xüsusiyyətin hesabına soyuducunun içində həm də əlavə yerlər yaranır.    Soyuducunun “Hygiene Fresh” adlı kiçik havalandırma sisteminin köməyi ilə soyuducuda yarana biləcək xoşagəlməz qoxuların və bakteriyaların 99.9%-i məhv edilir. Onun uzunömürlü və bir o qədər güclü mühərriki tamamilə titrəşimsiz çalışır və enerji digər modellərə nisbətdə 32% azaladır.

    İnnovativ xüsusiyyətləri bir yana, LG-nin yeni soyuducu seriyası öz gözəl dizaynı ilə də diqqət çəkir. Paslanmaz qara metal dizaynlı soyuducuların qapı hissəsi üçün ya parlaq ya da mat rəng seçimi etmək mümkündür. İstənilən seçim hər bir mətbəxə eleqant görüntü verməyi bacarır.

     LG-nin "SmartThinQ" adlı tətbiqinin köməyilə istifadəçilər soyuducularını smartfonları vasitəsilə də idarə edə bilirlər. Bu tətbiqin köməyilə soyuducunun temperaturunu dəyişmək və hər hansı bir mümkün texniki xətanı görmək mümkündür.

     LG Electronics ev avadanlıqları və hava dəyişən qurğular şirkətinin prezidenti Song Dae-hyun:  “LG-nin InstaView seriyası rahatlığı və enerji sərfiyyatını artıraraq soyuducu bazarındaki ən yaxşı seçimi təqdim edir. Bu seriyanın bir çox modelinin olması LG-nin istifadəçilərinin davamlı şəkildə dəyişən ehtiyaclarını ödəmək istəyindən irəli gəlir.”

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×