
Light şirkətindən 9 kameralı smartfon gəlir
Elm & Texnologiya
02.07.2018
Emil
Light şirkəti 9 kameralı
smartfonun anonsunu elan edib. Bu barədə Washington Post saytı xəbər
verib. Sözügedən smartfonun adı hələki bəlli olmasa da, onun dəqiq olaraq bu
ilin sonuna kimi satışa çıxacağı güman olunur. Beləliklə smartfon ümumilikdə 64
MP-lik 9 kamera ilə təchiz olunacaq. Smartfonun digər texniki göstəriciləri barəsində
heç bir məlumat yoxdur. Washington Post-dan olan mütəxəssislərin fikrincə bu
sayda kameralar vasitəsilə çəkiləcək yüksək keyfiyyətli fotoların emal olunması
üçün yüksək performanslı texniki göstəricilər lazımdır. Məsələn minimum olaraq
Snapdragon 845 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, USB Type-C girişi və
s. Smartfonun bu ilin sonunda çıxışını nəzərə alsaq, onun anonsu böyük
ehtimalla Sentyabr ayının əvvəlində baş tutacaq IFA 2018 tədbirində gözləmək
olar. Smartfonun qiyməti barəsində heç bir məlumat olmasa da artıq indidən
bilinir ki, onun qiyməti heç də ucuz olmayacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
