
Londonda xəstəxanalar arasında təcili qan çatdırılması dronlar vasitəsilə ediləcək
Elm & Texnologiya
18.09.2024
Emil
Britaniyanın Apian adlı startapı, dron istehsalçısı olan Wing şirkəti və Britaniya Milli Səhiyyə Xidməti birlikdə maraqlı bir proqramı işə salıblar. Belə ki, işə salınmış proqram çərçivəsində Londonun iki xəstəxanası arasında təcili qan çatdırılması prosesi dronlar vasitəsilə reallaşdırılacaq. Məlumata əsasən yerüstü nəqliyyat vasitəsilə təcili qan çatdırılması yarım saat zaman alırdısa, dronlar vasitəsilə bu proses cəmi 2 dəqiqə çəkəcək. İşə salınmış proqram 6 ay ərzində davam edəcək. Proqram çərçivəsində dronlar cərrahiyyə əməliyyatında olan və qan dövranının pozulması səbəbilə müəyyən fəsadlar yaşaya biləcək pasientlərə lazımi qrupda qanı təcili şəkildə çatdıracaqlar.
Hal-hazırda bu proqramda Londonun iki xəstəxanası iştirak edir. Müvafiq hava mühitinin idarəsindən isə Mülki Aviasiya İdarəsi cavabdeh olacaq. Ola bilər ki, bu layihə London xəstəxanaları arasında dronlar vasitəsilə digər obyektlərin çatdırılmasına qapıları açacaq. Belə ki, eyni qayda ilə trombositlərin çatdırılmasının testi nəzərdə tutulub. Britaniya Milli Səhiyyə Xidməti daha öncə Britaniyanın digər ərazilərində bu cür təcrübəni həyata keçirib və dron vasitəsilə çatdırılmış qan ilə yerüstü nəqliyyat vasitəsilə çatdırılmış qan arasında heç bir fərq aşkar edilməyib.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
