
LTE dəstəkli smartfonlar Starlink üzərindən məlumatların mübadiləsini reallaşdıra biləcəklər
Elm & Texnologiya
12.10.2023
Emil
Hal hazırda Starlink peykləri internetə çıxışı müştərilər üçün nəzərdə tutulmuş xüsusi qəbuledici terminallar vasitəsilə təmin edirlər. Lakin artıq gələn ildən başlayaraq LTE dəstəkli smartfonlar Starlink üzərindən məlumatların mübadiləsini reallaşdıra biləcəklər. Bunun üçün yeni servis istifadəyə veriləcək. Söhbət, Starlink Direct To Cell adlı servisdən gedir. Sözügedən servis vasitəsilə LTE dəstəkli smartfonlar mətn formatında mesajları göndərə və qəbul edə, internet üzərindən zəngləri reallaşdıra və digər məlumatları ötürə biləcəklər.
Bu servis həmçinin IoT (Internet of Things) cihazlarda da çalışacaq. Bütün bunlar Starlink peyklərinə yerləşdiriləcək eNodeB adlı modem vasitəsilə mümkün olacaq. Sözügedən modem Starlink peyklərini kosmik baza stansiyalarına çevirəcək. Starlink Direct To Cell servisi gələn il istifadəyə veriləcək. Lakin istifadəçilər 2025-ci ilə kimi bu servis vasitəsilə yalnız mətn formatında mesajları göndərə və qəbul edə biləcəklər. Daha sonra isə SpaceX audio zənglər, məlumatların mübadiləsi və IoT cihazların inteqrasiyası imkanlarını reallaşdıracaq.
Paylaş