
M3 prosessorlarına sahib yeni MacBook Pro-lar təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
31.10.2023
Emil
M3 prosessorları ilə yanaşı Apple şirkəti həmçinin bu yeni prosessorlar vasitəsilə çalışan 14 və 16 düym ekranlı yeni MacBook Pro-ları da təqdim edib. Təqdim edilmiş yeni MacBook Pro-lar xarici görünüşcə heç bir dəyişikliyə məruz qalmasalar da, texniki tərəfdən təkmilləşdiriliblər. Dizayn baxımından əsas yenilik Space Black adlı yeni gövdə rənginə sahib MacBook Pro-nun olmasıdır. Digər xarici görünüş özəllikləri baxımından bunlar standart MacBook Pro-lardır. Onu da qeyd etmək lazımdır ki, bu yeni MacBook Pro-ların ekranlarının maksimal parlaqlıq səviyyələri 20% yüksələrək 1600 nit təşkil edib.

Noutbuklar aktiv soyutma sisteminə sahibdirlər və 4 ədəd xarici monitora qoşulma özəlliyini dəstəkləyirlər. Şirkətin verdiyi məlumata əsasən yeni MacBook Pro-lar bir dəfə şarj olunandan sonra 22 saat ərzində çalışa bilirlər. 14 düym ekrana sahib yeni MacBook Pro hər 3 yeni prosessor versiyasında təqdim olunur və o, 8/18/36 GB RAM ilə 512 GB/1 TB SDD-yə sahibdir. 16 düym ekranlı yeni MacBook Pro isə yalnız M3 Pro və M3 Max prosessorlarına sahib versiyalarda təqdim olunur və o, 18/36/48 GB RAM ilə 512 GB/1 TB SSD-yə sahibdir. Yeni MacBook Pro-lar yaxın zamanda satışa çıxacaqlar. 14 düym ekranlı modelin qiyməti 1600$-dan, 16 düym ekranlı modelin qiyməti isə 2500$-dan start götürəcək.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Apple M3 prosessorları təqdim edilib
Apple şirkəti gecə keçirtmiş olduğu təqdimat zamanı M3 prosessor seriyasını təqdim etdi.

Elm & Texnologiya
Apple M3 prosessorlarının texniki tərəfləri barəsində yeni məlumatlar verilib
Bu gecə Apple şirkəti növbəti təqdimat tədbirini keçirəcək. Gözləntilərə əsasən şirkət tədbir çərçivəsində M3 prosessor seriyasını təqdim edəcək.

Elm & Texnologiya
Apple gecə keçiriləcək tədbirdə nələri təqdim edəcək?
Apple şirkəti bugün 31 oktyabr tarixinə keçən gecə növbəti təqdimat tədbirini keçirəcək.

Elm & Texnologiya
Büdcəli MacBook-ların qiymətləri iPhone 15in qiymətindən aşağı ola bilər
Son zamanlarda ortaya çıxan məlumatlara əsasən Apple şirkəti büdcəli MacBook üzərində çalışır və onun qiyməti MacBook Air-dan daha aşağı olmalıdır.

Elm & Texnologiya
Apple Watch Ultra 3 smart saatı 2025-ci ilə təxirə salınmış ola bilər
Məşhur analitik Ming-Chi Kuo Apple Watch Ultra 3 smart saatı barəsində ilk məlumatları bölüşüb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
