
M3 prosessoruan sahib yeni iMac təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
31.10.2023
Emil
Yeni MacBook Pro-lar ilə yanaşı Apple həmçinin yenilənmiş iMac-ı da təqdim edib. 24 düym ekranlı monoblokda reallaşdırılmış əsas yenilik prosessor ilə bağlıdır. Belə ki, yeni iMac modeli M3 prosessoru vasitəsilə çalışır. Beləliklə yenilənmiş iMac modeli 4.5K keyfiyyətli 24 düym Retina ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Bununla yanaşı o özündə 8 GB RAM-ı və 256/512 GB SSD-ni birləşdirir.

Yeni iMac modeli həmçinin Wi-Fi 6E və Bluetooth 5.3 texnologiyalarının dəstəklərinə sahibdir. Hələ təqdimatdan öncə məlumat ortaya çıxmışdı ki, iMac üçün nəzərdə tutulacaq yeni Magic Keyboard, Magic Mouse və Magic Trackpad aksesuarları Lightning girişi əvəzinə USB-C girişi ilə təchiz olunacaqlar. Lakin nəticədə bu məlumat özünü doğrultmadı. Belə ki, adları sadalanmış aksesuarların yeni versiyaları əvvəlki kimi Lightning girişinə sahibdirlər. Yeni iMac-ın qiymətinə gəldikdə isə o, 1300$-dan start götürəcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
