main-post-cover

    MIUI 12-nin qlobal beta versiyasının istifadəyə verilmə tarixi məlum oldu

    Elm & Texnologiya
    07.05.2020
    Farid Pardashunas
        Keçən ayın sonunda Xiaomi şirkəti rəsmi olraq MIUI 12 istifadəçi interfeysini təqdim etmişdi. Görünür, indi növbə interfeysin qlobal versiyasındadır. Bu barədə Gagadget saytı xəbər verib. MIUI interfeysinin Twitter hesabında maraqlı tapmaca təqdim edilib. Həmin tapmacanın cavabı isə müəyyən tarixi əks etdirir. Beləliklə şirkət tərəfindən təqdim edilmiş tapmacanın cavabı 19-dur. Xiaomishka ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən MIUI 12 Global Beta məhz 19 may tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, MIUI 12 interfeysinin qobal versiyasının beta-testi üçün göndərilən sorğuların son tarixi 18 maydır.
    Linki kopyala