main-post-cover

    Mac əməliyyat sistemində silinmiş faylları necə bərpa etmək olar?

    03.05.2019
    Farid Pardashunas
        Windows əməliyyat sistemində olduğu kimi Mac ƏS-i üçün də silinmiş faylları bərpa etmək üçün bir neçə həll mövcuddur. Burada ən bəsit ideya sildiyimiz faylı zibil (trash) qutusundan geri qaytarmaqdır. Bəs biz həmin faylları "trash" qutusundan da silmişiksə necə? Belə yerdə 3-cü tərəf tətbiqlər köməyimizə çatır.    
        Windows və Mac əməliyyat sistemləri üçün mövcud olan EaseUS əlavəsi də məhz bu işi görür. Tətbiqin ilkin versiyası tam olaraq pulsuz təqdim olunur. Və bu versiyada 2 GB həcmində faylları bərpa etmək üçün limit ayrılıb. Silinmiş faylları bərpa etmək üçün ilkin olaraq EaseUS Mac əlavəsini kompüterə yükləmək lazımdır. Proqram təminatını cihaza yüklədikdən sonra sizi aşağıdakı səhifə qarşılayır.
        Diski təyin etdikdən sonra silinmiş faylların axtarışına başlamaq üçün əməliyyat sistemi sizdən icazə tələb edir. Lazım olan icazəni verdikdən sonra aşağıda da gördüyünüz kimi proqram təminatı cihazın lokal diskində silinmiş faylların axtarışına başlayır. Axtarış nəticəsində tapılmış fayllar isə müxtəlif kateqoriyalara bölünərək cəmləşdirilir.

        Proqram təminatı lokal diskdən əlavə xarici qoşulmuş sərt disklər üzərində də eyni əməliyyatı apara bilir. Məsələn, siz Mac ƏS-li kompüterinizi xarici sərt disk bağlamısınızsa, proqramın daxili səhifəsində həmin sərt disk görünür və siz qeyd olunan əməliyyatları həmin disk üzərində də apara bilirsiniz.
        EaseUS tapılan məlumatların təhlükəsizliyinin təmin olunmasına və məlumatların tam qorunmasına təminat verir.  Samsung, HP, IBM kimi şirkətlərlə əməkdaşlıq edən sözügedən proqram təminatının yüksək versiyası isə 89.95$-dır. Bu versiyada limitsiz həcmdə fayl bərpa etmək olur və əlavə olaraq şirkət sizi texniki dəstəklə təmin edir. 
        Haqqında danışdığımız proqram təminatını Mac ƏS-ləri üçün yerləşdirilmiş linkdən yükləyib ilkin 2 GB həcmində fayl bərpasını pulsuz həyata keçirə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər