main-post-cover

    MacBook Pro 16 ilə 1 aylıq təcrübə

    Elm & Texnologiya
    03.09.2022
    Farid Pardashunas
        Dostlar salam, bugün sizə yeni notebook-um olan Macbook Pro 16.2 M1 Por haqqında danışacam. Düzdür deyə bilərsiniz ki, artıq M2 ilə olan Macbook-lar çıxıb niyə M1 Pro ilə gələn Macbook Pro haqqında danışırsan və almısan? İndi sizə fikirlərimi detallı izah edəcəm. Əslində bu cihazı alanda Macbook Pro M2 ilə olan versiya satışa çıxmışdı və yeni macbook air-lər də təqdim olunmuşdu. Lakin, sırf bu xətt yəni ekran üzərində çıxıntı ilə gələn Macbook Pro-lar təmamilə başqa bir seqmenti hədəfləyən cihazlardır. Gəlin bunu tam anlamaq üçün Apple-ın yeni siyasətini anlayaq. Apple hazırda, Macbook Air, Macbook Pro, iMac, Mac Mini və Mac Pro ilə notebook və kompüter bazarında yer alır. 
        Burada Macbook Air-lər fan sistemi olmayan başlanğəc modellərdir. Bu cihazlardan tələbələr, dizaynerlər aktiv istifadə edir. Aşağı büdcəyə yaxşı kompüter almaq istəyənlər üçündür. Yəni Air-in əsas hədəf bazarı gündəlik işini aşırmaq ehtiyaclarını ödəmək istəyən insanlar üçündür. Macbook Pro isə daha porfesional işləri həyata keçirmək, dizayn, montaj, render işləri və s üçün nəzərdə tutulub. Burada isə Apple son təqdimatlarında daha aşağı inçlik Macbook Pro-ları ayırdı və daha porfessionaı işlər üçün daşınıla bilən daha güclü kompüterlər tanıtdı. Bu da M1 Pro və M1 Pro Max çipləri ilə gələn əlimdə gördüyünüz 14.2 və 16.2 düyümlük Macbook Pro-lar oldu. Düzdü Apple bundan sonra M2 ilə daha aşağı inçli Macbook pro təqdim elədi. Lakin o cihaz bunlara hələ çata bilmir. Çünki bu Pro və Max xətti dəmamilə başqadır.
        Elə birinci almaq səbəbim də budur ki, hazırda M1 Pro çipi M2-dən daha güclü və performanslıdır. Bəli, M2 Pro və M2 Pro Max gələn bu çip artıq köhlənəcək. Lakin hazırda ən yaxşılarından biri elə budur. Sırf çipə görə mən bu cihaza bu qədər pul vermişəm. Puldan danışmışkən cihazı Kontakt Home-dan əldə etmişəm. Hazırda məktəbə qayıdış ilə bağlı endirim var. Məndə olan versiya 16GB RAM-lı və 512GB-lıq daxili yaddaşlı versiyadır və ekranı 16.2 düyümdür. Hazırda cihaza 160 manat endirim var və qiyməti 5899 manatdır. Bəli qiymət bahadır amma performans bu qiymətə dəyən səviyyədədir. Çünki cihaz Apple-ın ən bahalı cihazlarından biridir və qlobal qiyməti də bahadır. 
        Gəlin indi bu qiymət qarşılığında Macbook bizə nələr verir, ona baxaq. Birincisi bu cihazı seçmə səbəbim digər macbook-lardan fərqli olaraq giriş-çıxış portlarına daha çox sahib olmasıdır. Apple başa düşdü ki, professional adamlar üçün SD card girişi və HDMI nə qədər vacibdir. Ona görə bu cihazda həmin giriş çıxışlar geri döndü. Əlavə olaraq 3.5mm qulaqlıq girişi jakı da qayıdıb. 3 Type-c girişi isə işimizi həll edir. Type-A olmasa da əlavə hub ilə artırmaq olar. Və ən əsas dəyişikliklərdən biri bu yeni Macbook-lar ilə enerji yığımı yenə Magsafe 2 ilə rellaşacaq. Əvvəlki modellərdi Type-C idi. Yenə maqnit bağlama geriyə döndü. Yəni Type-A istisna hər şeyi var. Klavyatura üzərində olan Touch-bar isə görünən odur ki, tarixə qovuşdu və Apple bunu daha gətirmir. Barmaq izi sensoru isə güc düyməsi üzərindədir və touch-ID möhtəşəm sürətlə çalışır. Apple-a yaraşan.
        Bu cihazı seçmə səbəbimdən biri də ekranıdır. Çünki çıxıntılı ekran olmasına baxmayaraq Apple bu cihazda 120HZ-lik Liquid Retina XDR display-dən istifadə edib. Bu yüksək piksel sıxlığına malik erkandır. Ümumiyyətlə Retina Apple-ın ekranlara aid marketinq terminidir və son vaxtlar Apple Super Retina və Luiqid Retina display-lərdən istifadə edir. Super Retina-nı OLED ekranlara, Luqid Retinanı isə LCD ekranlara bənzətmək olar. Texnologiyalar yaxındır. Ekran OLED olmasa da görüntü ketfiyyəti və altdan işıqlandırılması OLED-ə bənzədir onu. Appple OLED tipli Super Retina-ları daha çox iPhone-larda istfiadə edir. Bu cihaz 120 HZ-lik erkan yeniənmə tezliyinə sahibdir və digər modellərdə bu olmadığı üçün mən bunu seçdim. Yəni son M2 ilə təqdim olunan Macbook Pro da 120HZ ekran yox idi. Mənə isə 120 HZ lazım oldu və bunu aldım. Eyni bu cihazın 14.2 olanını seçməmə səbəblərimdən biri də ekran ölçüsü idi. Məncə 16 inçlik Macbook-lar daha böyük ekranı olduğuna görə daha yaxşı rahatlıq verir. Ancaq 14 və 16-lıq M1 Pro-liu Macbook-larda fərq təkcə ekranlarda, ölçülərdə deyil. Az sonra detallı izah edəcəm. Ekranın üzərində 1080 FaceTime HD kamera da var. Bu kamera deyə bilərəm ki, notebook-larda gördüyüm ən yaxşı web cameradır. Gecə görünüş performansı isə Apple 2 dəfə yaxşılaşdırıb.
        Cihazın gövdəsi təmamilə təkrar istehsaldan alınmış aliminumdan hazırlanıb. Olduqca premiumdur amma yüngül cihaz deyil. Xüsusilə 16.2 düyümlük olanı 2.1 kg-dır. Klavyaturasının basma hissi normaldır amma sanki mənə hərflərin və elemetlərin biraz yaxın yerləşdirildiyi hissi yaşatdı. Köhnə Macbook-larda sanki daha yaxşı idi. İdarəetmə üçün olan touchpad isə çooox genişdir və reaksiyası mükəmməldir. 14.2 düyümlükdən bir fərqli cəhəti də elə budur. Touchpad genişdir və daha rahatdır.
          Gələk bu cihazı mükəmməl edən əsas hissəyə. Texniki məsələlərə. Ümumiyyətlə Apple öz prosessorlarına keçəndən sonra bazarda bir inqilabi dəyişiklik etdi. Smartfon tərəfdə Apple cihazları bizə nə qədər baha gəlsə də, notebook tərəfdə Apple M seriya çipləri ilə rəqiblərini rəqabətdə uddu deyə bilərəm. Çünki prosessorun verdiyi performans qiymətindən daha yüksəkdir. Mən M1 Pro seçdim, çünki 4K 60 FPS videoların emalı ilə məşğul oluram. Bu prosessor bazarda intel istehsalı i7 12-ci nəsil ilə yarışır. Dəyərləndirmə saytları bu CPU-ları baş-başa qeyd edirlər. Nüvə performanslarında Core i7 12-ci nəsil M1 Pro-nu qabqlasa da burada 2 önəmli məqamı bilməliyik. Apple M1 Pro özündə həm CPU həm GPU birləşdirir. Siz adi Notebook alanda həm intel processor həm də əlavə qrafik kart almalısınız. İndi siz təsəvvür edin ki, Apple bir M1 ilə həm Intellə həm Nvidia ilə rəqabət aparır. Yəni bu cihaz daxilində sadəcə M1 Pro var. M1 Pro daxilində isə 10 ədəd CPU nüvəsi və 16 ədəd qrafik nüvə var.  
        Amma intellə rəqabətdə onları əzdiyi bir məqam var. Enerjiyə qənaət. Çünki Apple M1 Pro-da 5nm-lik arxitekturadan yararlanır. Bu isə o deməkdir ki, batareya mövzusunda əzici üstünlük var və siz bunu başqa yerdə tapa bilməyəcəksiniz. Qrafik tərəfdə isə 16 GPU nüvəsi render işində mənə çox kömək olur. Məsələn gəlin sizə 4K 60 FPS-də çəkdiyimiz 1 dəqiqəlik montaj olunmuş videonu render testini edək. Bu cihaz iş görmək üçün idealdır. Adobe Premiere Pro və After Effects ilə işləriniz olursa, rahat işi aşıracaq və sizi xilas edəcək. Bunun yanında soyutma sistemi də əladır və fanlar ilə təchiz olunub. 14.2 düyümlük cihazdan bir fərqi də məhz burada nüvə sayındadır. 14 düyümlükdə 8 CPU və 14 GPU nüvəsi var. 16 düyümlükdə isə hərəsindən 2 artığı. Buna görü seçimim 16 düyümlük oldu. 
        Qyed elədiyim kimi hələ ki, M2 Pro gələnə qədər M1 Pro M2-dən güclüdür. Çünki professional seqmenti hədəfləyir. Bu gücün yanında 16GB-lıq RAM var. Mənə bəs edir amma After Effects işi çox olanlar üçün 32GB-lıq RAM-lı versiyanı məsləhət görərdim. O versiyada daxili yaddaş da 1 TB olur. Məndə olan başlanğıc modeldə 512 GB-dir. Cihazda daxili yaddaşda çox fayl saxlamıram deyə mənə bəs edir və lazım olanda əlavə xarici Type-C SSD cihazı qoşuram, 8TB-a qədər qoşmaq imkanı var.
        Bu cihazı almağıma əsas qərar verdiyim məqamlardan biri batareyası oldu. M1 Pro sanki elektrikli avtomobildir. Enerjini benzin saysaq, bu cihaz Tesladır. Çünki M1 Pro fərq yaradır. Düz 21 saatlıq istifadə imkanı verir. Günün 24 saatının 21 saatı kompüter açıq olmadığı üçün bu 21 saat mənə 2 gün aktiv istifadə zamanı bəs edir. Statistikalarıma özünüz baxın. Səfərə gedirəm, sadəcə notebook full charge edib, aparıram. Adapterə ehtiyac olmur. 14.2 düyümlükdən bir fərq də budur 14.2də batareya ömrü 17 saatdır. Və bu cihaz sürətli adapter başlığına sahibdir 140 watt ilə çox sürətlə batareyanı doldurur. Yenə də qeyd edim 14.2-dən bir fərq də buradadır. O cihazda sürətli enerji başlığı 96watt-dır.
        Cihazda olan bir digər yaxşı imkan isə 6 dinamikə sahib olmasıdır. Səs keyfiyyəti inanılmaz təmiz və yüksəkdir. Bu olanda əlavə dinamik qoşamağa ehtiyac qalmır. Özünüz indi dinləyin, buradan tam ötürmək olmur amma səs möhtəşəmdir. Akustikası əladır, bassları partlatmır. Səsi ötürmək üçün isə 3 studiya keyfiyyətində mikrofondan istifadə edir. Gəlin ən yaxşısı bunu real olaraq yoxlayaq. Səs hazırda macbook-un mikrofonu ilə yazılır. Məncə möhtəşəmdir. 
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər