Maqlev qatarlarının hərəkət texnologiyası

Maqlev qatarlarının hərəkət texnologiyası

Texnologiya
17.03.2018 PAYLAŞIM

    İngilis dilində Magnetic Levitation (Maqlev) Train olaraq tanınan və maqnetik xüsusiyyəti ilə havada qalırmış kimi görünən, başqa sözlə maqnetik relsli qatar texnologiyası qatarın elektromanitlərin üzəri ilə hərəkət etməsinə səbəb olur.

    Bu fikir əslində bir əsrdən daha uzun müddət əvvəl ortaya atılmışdı. Amma həmin dövrdə ideyanı həyata keçirmək məqsədilə kifayət qədər güclü maqnetik sahə yaratmaq üçün lazımi yüksək elektrik cərəyanlarını əldə etmək mümkün olmamışdı. İki fizik Qordon Denbi və Ceyms Pavl Brookhaven Beynəlxalq Laboratoriyasında görüşərək bu sahə üzrə işlərə başladılar. Cütlük maqnetik relsli qatar texnologiyasının patentini 1968-ci ildə aldı və 1979-cu ildə Almaniyanın Hamburq şəhərində Maqlev qatarının ilk testi aparıldı.


    Maqlev qatarı hərəkət edə bilmək üçün maqnetik xəttə ehtiyac duyur və vaqonlar bu xəttlər üzərində eynilə sürüşərək və xətlərlə heç bir əlaqə yaratmadan irəliləyirlər. Bu irəliləmə, elektromaqnitlərin qütblərindəki dəyişiklik nəticəsində qatarın sürət yığması ilə mümkün olur. Hərəkət əsnasında yaranan yeganə sürtünməni hava müqaviməti yaratdığına görə maqnetik relsli qatarlar olduqca yüksək sürətlər əldə edə bilirlər.

    Bütün bu üstünlüklərinə baxmayaraq, maqlev qatarlarının mənfi tərəfləri də var. Məsələn, maqnetik relslərin istehsalı çox bahalı proseslərlə mümkün olur və maqlev qatarları hərəkətdə olarkən normal relslərə keçid edə bilmirlər. Bu keçidin mümkün olması üçün hal-hazırda normal relslərin üzərinə maqnetik rels sistemi qurula bilər. Hər bir halda, keçid üçün dəqiq hesablama lazım olacaq.

    Maqlev qatarları ticarət məqsədilə ilk dəfə 1984-cü ildə Birləşmiş Krallıqda Birminqem Hava limanı və yaxınlığındakı dəmiryolu vağzalını əlaqələndirmək üçün istifadə olundu. Çində yerləşən digər bir sistem Şanxay və Pudonq Beynəlxalq Hava limanlarını bir-birinə bağlayır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×