Maraqlı rəqəmlər: Bütün dünya üzrə 4.2 milyard insan internetdən istifadə edir

Maraqlı rəqəmlər: Bütün dünya üzrə 4.2 milyard insan internetdən istifadə edir

Texnologiya
17.10.2018 PAYLAŞIM

    Hootsuite We Are Social adlı təşkilatlar internetin dünya üzrə inkişafı barəsində ətraflı hesabat tərtib ediblər. Beləliklə hesabatdakı məlumata əsasən bu il milyonlarla insan ilk dəfə olaraq internetdən istifadə etməyə başlayıblar. Həmin insanların arasında internetə mobil cihazlar ilə daxil olanların sayı üstünlük təşkil edir. Bu ayki göstəricilərə əsasən bütün dünya üzrə 4.2 milyard internet istifadəçisi var. Bu, Yer kürəsinin əhalisinin yarısından və keçən ilki göstəricidən 7% çoxdur. 3.4 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir, 5.1 milyarddan çox insanın isə mobil cihazları var. Onların arasında smartfonlara sahib olanları üstünlük təşkil edir.


Bənzər xəbər


    Keçən ilin Sentyabr ayından bu ilin Oktyabr ayına kimi internetdən ilk dəfə 284 milyon yeni insan istifadə etməyə başlayıb. Sosial şəbəkələrdəki istifadəçi hesablarının sayı da sürətlə artmağa davam edir. Belə ki, keçən ilin Sentyabr ayından bu ilin Oktyabr ayına kimi 320 milyon insan özünə sosial şəbəkə hesabı yaradıb.


    Mobil cihazların üzərinə hələ də bütün dünya üzrə internet trafikinin yarısından çoxu düşür. Lakin stolüstü kompüter və noutbooklar tərəfindən əldə olunan trafikin göstəricisi də 2% artıb. Planşetlər və digər cihazlarda bu göstərici aşağı düşməkdə davam edir.


    Ookla şirkətinin məlumatına əsasən ən sürətli interneti olan ölkələr reytinqində Sinqapur birinci yerdə qərarlaşır. Belə ki, Sinqapurda internetin sürəti saniyədə 189 Mbit-dir. Norveç isə ən sürətli mobil internetə sahibdir (ortalama saniyədə 63.13 Mbit).


    Bütün dünya üzrə internet istifadəçilərinin 42%-nin fikrincə onların məlumatları düzgün şəkildə istifadə olunmur. Bir sözlə onlar öz məlumatlarının konfidensiallığı barəsində narahatdırlar.


    Bütün olmuş qalmaqallara baxmayaraq Facebook dünyanın ən məşhur sosial şəbəkəsi olaraq qalır. Bu sosial şəbəkə 2.2 milyarddan çox aktiv istifadəçi kütləsinə sahibdir. Top-20 reytinqdə sonuncu yeri isə 200 milyon istifadəçi kütləsinə sahib Telegram messenceri tutub.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×