Maraqlı statistika: Yer kürəsi əhalisinin 40%-i heç zaman internetdən istifadə etməyib

Maraqlı statistika: Yer kürəsi əhalisinin 40%-i heç zaman internetdən istifadə etməyib

Texnologiya
24.10.2022 PAYLAŞIM

    Şəbəkə Operatorları Assosiasiyası olan GSMA-nın aparmış olduğu son tədqiqata əsasən mobil şəbəkə Yer kürəsi əhalisinin yalnız 95%-i üçün əlçatandır. Lakin bununla belə Yer kürəsi əhaləsinin 40%-i heç zaman internetdən istifadə etməyib və bu səbəbdən həmin insanlar vacib məlumatlardan və digər imkanlardan məhrumdurlar. GSMA isə öz növbəsində bu məsələ ilə bağlı daha dəqiq statistikanı təqdim edib və insanlar üçün interneti necə əlçatan etməyin lazım olduğunu açıqlayıb. GSMA analitiklərinin sözlərinə əsasən 3.2 milyard insan və ya başqa sözlə desək Yer kürəsi əhaləsinin 40%-i heç zaman internetə daxil olmayıb.


    Bu, həmin insanların rəqəmsal bacarıqlarının lazımi səviyyədə olmamasından və onların smartfon alma imkanından məhrum olmalarından irəli gəlir. GSMA internetin hansı regionlar üzrə bölüşdürüldüyü barəsində məlumat verməsə də bu sahədə çalışan mütəxəssislərin fikirlərinə əsasən aşağı və orta gəlir səviyyəsinə sahib ölkələrdə və o cümlədən kənd ərazilərində vəziyyət daha da pisdir. Lakin müsbət tendensiya da müşahidə edilir. Belə ki, son 5 il ərzində Yer kürəsi əhaləsinin 13%-i internetə qoşulub. Son 1 il ərzində isə internet istifadəçilərinin sayı 300 milyon insan artıb.

    Bu tendensiyanın artma tempini qoruyub saxlamaq üçün GSMA bütün ölkələri və təşkilatları şəbəkənin daha geniş yayılması məsələsini prioritetli məsələ kimi qəbul etməyə çağırır. Bunun üçün baza stansiyaları inşa edilməli, smartfonların və şəbəkə xidmətlərinin qiymətləri isə aşağı salınmalıdır. Mütəxəssislərin sözlərinə əsasən bəziləri üçün internet müəyyən məlumatları, tibbi köməkliyi və xəbərləri əldə etmək üçün yeganə imkandır. Hətta bəziləri üçün internet yeganə gəlir mənbəyidir. Bu səbəbdən də internet şəbəkəsinin daha geniş yayılması öz növbəsində iqtisadiyyatın bərpası sürətini yüksəldəcək, sosial stabilliyi yaxşılaşdıracaq və insanların həyat keyfiyyətlərinə müsbət təsir göstərəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.


Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (V..

Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi.

×