Mark Zuckerberg, Libra layihəsinin kriptovalyutaya çevrilməsindən imtina etdi

Mark Zuckerberg, Libra layihəsinin kriptovalyutaya çevrilməsindən imtina etdi

Texnologiya
18.04.2020 PAYLAŞIM

    Facebook-dan asılı olmayaraq müstəqil şəkildə fəaliyyət göstərən və Libra layihəsini idarə edən eyniadlı assosiasiyası elan etdi ki, Libra layihəsinin konsepsiyası tamamilə dəyişir. Layihənin adı olduğu kimi qalacaq, lakin onun məğzi tamamilə dəyişəcək və mərkəzi bankların hakimiyyətlərini təhlükə altına atmayacağı üçün nizamlaycı orqanlar tərəfindən müqavimətə məruz qalmayacaq.

Assosiasiyanın verdiyi məlumata əsasən bundan sonra Libra layihəsi bir sıra stablecoinləri dəstəkləyəcək. Həmin stablecoinlər isə ölkələrdə mövcud olan valyutaların rəqəmsal versiyaları olacaqlar.

    Beləliklə Libra rəqəmsal multiportmanat olacaq. Layihənin bütün dünya üçün heç bir vahid kriptovalyutası olmayacaq. Bu barədə Bloomberg saytı xəbər verib. Bundan əlavə olaraq Libra təşkilatı ödənişlərin reallaşdırılması üçün lisenziyanın əldə edilməsi üzrə İsveçrənin nizamlayıcı orqanları ilə danışıqlara başlayıb. Təşkilat FinCen-də (ABŞ-ın maliyyə cinayətləri ilə mübarizə agentliyi) qeydiyyatdan keçməyə ümid edir. Bütün icazələr isə bu ilin sonuna kimi əldə olunmalıdırlar.


Keçən ilin yay fəslində Facebook şirkəti Libra layihəsini təqdim edən zaman o, bütün dünya üçün vahid olacaq valyutanın yaradılmasını özünə məqsəd qoymuşdu.

    Həmin valyuta isə dollar ilə avronun qoşulu olduğu sistemə əlavə ediləcəkdi. Lakin Facebook-un bu planı siyasətçilər və nizamlayıcı orqanlar tərəfindən ciddi tənqidlər ilə qarşılaşdı. Onlar narahat idilər ki, Libra layihəsi pulların yaradılması alətini nüfuzun təmin olunmasında və bazarların qorunmasında istifadə edən mərkəzi bankların hakimiyyətlərinin yarısını əldə edəcək.

    Bundan əlavə olaraq fikirlər səsləndirilirdi ki, vahid valyuta sayəsində cinayətkarlar öz pul vəsaitlərini yuya biləcəklər. Uzun çəkmiş müzakirələrdən sonra Libra assosiasiyası öz fikrindən imtina etdi. Buna baxmayaraq o, gələcəkdə Libra-nın valyuta versiyasını yaratmaq ümidini itirməyib. Facebook daha öncədən də qeyd etmişdi ki, hökumətlərin icazələri olmadan Libra-nı işə salmayacaq. Lakin hələ məlum deyil ki, layihədə edilmiş dəyişikliklər hökumətləri qane edəcək yoxsa yox.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..

×