Mark Zuckerberg: 'Messenger'in əsas rəqibi Apple şirkətidir'

Mark Zuckerberg: 'Messenger'in əsas rəqibi Apple şirkətidir'

Texnologiya
01.11.2018 PAYLAŞIM

    Facebook şirkətinin CEO-su Mark Zuckerberg Apple şirkətinin iMessage messencerini messencerlər bazarında şirkətin əsas rəqibi hesab edir. Bu barədə o, Facebook şirkətinin üçüncü rüb göstəricilərinin təqdim edilməsindən sonra analitiklərə və jurnalistlərə bildirib. Mark-ın sözlərinə görə Whatsapp ilə Messenger Avropa bazarında lider mövqeyini tuturlar. Belə ki, Avropa bazarında iOS ilə Android smartfonların satışları eyni səviyyədə gedir. Lakin sözügedən messencerlər ABŞ kimi vacib bazarda Apple şirkətinə uduzurlar.

    Belə ki, ABŞ-da iPhone smartfonlarının satışı daha yüksəkdir. “Bugün bizim ən böyük rəqibimiz iMessage-dir. iPhone smartfonlarının satışlarının güclü olduğu ABŞ bazarı kimi yerlərdə Apple şirkəti özünün iMessage messencerini istifadəçilər arasında ünsiyyət üçün standart tətbiq kimi qələmə verir” – deyə Mark Zuckerberg bildirib. Sosial şəbəkə də daxil olmaqla Messenger, Whatsapp və Instagram servislərindən bütün dünya üzrə 2.6 milyard insan istifadə edir. Zuckerberg qeyd edib ki, onların istifadəçiləri gün ərzində bir-birilərinə 100 milyard mesaj göndərirlər. Bundan əlavə olaraq istifadəçilər Whatsapp-da foto, videolar və linkləri sosial şəbəkədən fərqli olaraq daha çox paylaşırlar.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×