main-post-cover

    Mars 2020 aparatı lazer vasitəsilə obyektləri parçalaya biləcək (VİDEO)

    Elm & Texnologiya
    17.02.2020
    Emil Nəcəfov
        Artıq 8 ildir ki, NASA Curiosity aparatı Mars planetinin səthini müşahidə edir. Lakin bu il aparatda nasazlıqlar baş verdi və onun hərəkəti dayandı. Lakin yaxın müddətdə NASA Curiosity-ni əvəz edəcək Mars 2020 aparatı qırmızı planetə yollanacaq. Mars 2020 aparatı təkmilləşdirilmiş elmi təchizatı və əsl lazer şüalanmasını əldə edəcək. Bu barədə Slashgear saytı xəbər verib. Curiosity-də olan ChemCam texnologiyası aparatın hərəkət etdiyi yolu təmizləməyi və böyük olmayan obyektləri əritməyi bacarır.
        Lakin Mars 2020 aparatı SuperCam adlı daha təkmilləşdirilmiş sistemə sahib olacaq. Həmin sistem sözün əsl mənasında 7 metr məsafədə olan obyektləri parçalaya bilər. Sistemin infraqırmızı lazer şüasının temperaturu bu halda 10.000 dərəcəyə çata bilər. Maraqlısı ondadır ki, Mars 2020 aparatı əldə edilən buxar spektrini incələyərək onun barəsində məlumatları Yer kürəsinə göndərməyin vacib olub-olmadığını yerindəcə müəyyən edəcək. Buxarlanma üçün nəzərdə tutulmuş lazımi obyektlərin tapılması üçün SuperCam sistemi süni zəka texnologiyasına da sahibdir.
        Bununla yanaşı süni zəka texnologiyası həmçinin lazer şüalanması vasitəsilə dəqiq nişanlanmanı da reallaşdıracaq. SuperCam sisteminin sahib olduğu yaşıl lazer materialların molekulyar tərkiblərini təyin etməyi bacarır. Bununla yanaşı Mars 2020 aparatı mikrofon ilə də təchiz olunacaq. Bu üsul ilə alimlər lazer şüasının obyektlərə toxunmasını eşidə biləcəklər. Ortaya çıxacaq səs isə materialın tərkibindən asılı olaraq dəyişəcək. Digər bir mikrofon isə aparatın hərəkəti zamanı əldə ediləcək səslərin dinlənilməsini mümkün edəcək. 
    Linki kopyala