
Qatil robotlar qarşısındakı qorxu, təmiz enerjiyə ümid və kosmosun mənimsənilməsi yolunda iddialı planlar. Bu özəlliklər üzrə məşhur sahibkar Elon Musk-ı tanımaq olar. Onun etdiyi bəyanatlar sayəsində Business Insider saytı gələcəyin 11 proqnozunu tərtib edib. Həmin proqnozlar arasında total avtomatlaşdırma, elektronəqliyyatın inkişafı və süni zəka təhlükəsi var.
Bütün nəqliyyat növləri elektroenerjiyə keçəcək:
NES 30 yaşını qeyd edir!
Elon Musk-ın fikrincə təyyarələr, gəmilər və bütün avtomobil nəqliyyatı gec-tez elektroenerji formatına keçəcək. Onun fikrincə bazarı hibrid nəqliyyat növləri deyil, məhz elektromobillər və elektrogəmilər tutacaq. Yeganə istisnanı isə raketlər təşkil edəcəklər.
10 ildən sonra ABŞ-da olacaq bütün avtomobillərin yarısı elektrikləşdirilmiş olacaq:
ABŞ-da elektromobillərin satışları 88% qalxıb və yüksəlməkdə davam edir. Analitiklər isə Musk-dan fərqli olaraq daha ehtiyyatlı proqnozlar edirlər. Onlar düşünürlər ki, ABŞ bazarında elektromobillərin payı yalnız 2050-ci ildə 75% təşkil edəcək. Bazarın lideri isə sözsüz ki, “Tesla” şirkəti olacaq.
20 ildən sonra avtonomluq avtomobillərdə adi standart halına gələcək:
20 ildən sonra avtopilot sisteminə sahib olmayacaq avtomobillər günümüzdə atların qoşulduğu arabalar kimi primitiv görünəcəklər. Musk-ın fikrincə bu cür avtomobillərdən yalnız sentimental hisslərin nəticəsində istifadə edəcəklər. Bununla yanaşı nəinki adi avtopilot funksiyaları, hətta tamamilə avtonom rejimli avtomobillər də adi satndarta çevriləcəklər. “Tesla” artıq gələcəyə doğru hazırlaşır və avtopilot sistemi üçün dünyanın ən yaxşı süni zəka sistemini yaratmaqla məşğuldur.
Robomobillərin yayılması nəticəsində milyonlarla insanlar işsiz qala bilərlər:
Pilotsuz nəqliyyat növləri əmək bazarını dəyişəcək, robotlar isə insanları daha bir sahədə geridə qoyacaqlar.
Avtomatlaşdırma qeyd-şərtsiz baza gəlirinin daxil edilməsini tələb edəcək:
Musk-ın fikrincə avtomatlaşdırma səbəbilə dövlət bu və ya digər formada qeyd-şərtsiz baza gəlirini daxil etməli olacaq. “Hansısa digər variantların olacağına şübhə edirəm” – deyə Musk bu barədə bildirmişdi.
2025-ci ildə insan Marsa yollanacaq:
Musk ilk astronavtları artıq 2024-cü ilə kimi Marsa göndərməyi planlaşdırır. İlk insanlar kolonizasiya üçün lazımi şəraiti yaradacaqlar və müəyyən vaxtdan sonra planet yaşamaq üçün komfort yerə çevriləcək. Qeyd etmək lazımdır ki, bu plan “SpaceX” şirkətinin iştirakı olmadan da reallaşa bilər. Belə ki, bir neçə müddət bundan öncə “Boeing” şirkəti bildirmişdi ki, o, insanları Marsa Musk-dan daha tez göndərəcək.
Süni zəka nüvə silahından da təhlükəli olacaq:
Musk-ın fikrincə Şimali Koreyanın raket təcrübələri süni zəka tərəfindən ola biləcək təhlükənin yanında heçnədir. Onun fikrincə süni zəka bütün sivilizasiyanı məhv edə bilər.
Süni zəka Üçüncü Dünya Müharibəsinin səbəbi ola bilər:
Göstərdiyi təhlükə baxımından süni zəkanın nüvə silahı ilə eyni səviyyədə tutulmasından sonra onun Üçüncü Dünya Müharibəsinə start verəcəyinə heçnə mane ola bilməz. Bu barədə Musk bir neçə müddət bundan öncə öz Twitter hesabında bildirmişdi. Bundan əlavə olaraq o qeyd etmişdi ki, müxtəlif dövlətlər süni zəka sahəsində liderliyin əldə olunması uğrunda mübarizə aparacaqlar.
Qatil robotlar ciddi problemə çevriləcəklər:
Özünə bənzər növlər ilə kooperasiya yarada biləcək robot zəkası bu cür işlərlə məşğul olmağa başlaya bilər. Bununla yanaşı silah və bombalar ilk mərhələdə olmayacaqlar. İlk öncə süni zəka saxta xəbərlərin yaradılmasında məşq edəcək. Günümüzdə mediakontentləri saxtalaşdırmağı bacaran alqoritmlər artıq mövcuddurlar.
Tunellər gələcək nəqliyyat növünün əsası olacaq:
Musk-ın 3-cü şirkəti olan “Boring Company” bu ideyanı reallaşdırır. Bunun üçün şirkət Los Ancelesdə yeraltı tunellər qazır və onları tıxacların yarandığı yerüstü yollara alternativ kimi istifadəyə verməyi planlaşdırır. Xüsusi platformada olacaq avtomobillər yeraltı sistemlər vasitəsilə saatda 200 km sürətlə hərəkət edəcəklər. Bu halda isə sərnişinlər öz dəyərli vaxtlarına qənaət edə biləcəklər.
Sağ qalmaq üçün insanlar kiborqlara çevrilməli olacaqlar:
“Düşünürəm ki, müəyyən vaxtdan
sonra biz bioloji və rəqəmsal zəkanın birləşməsinin şahidi olacağıq” – deyə
Musk bildirib. Bunu etməkdə isə xüsusi neyrointerfeyslər yardımçı olacaq.
Musk-ın digər bir şirkəti olan “Neuralink” də məhz bu istiqamətdə çalışır.
Şərh yoxdur