Logo
    Marsa səyahət təxirə salınır. Tesla Roadster başqa istiqamət aldı (VİDEO)

    Marsa səyahət təxirə salınır. Tesla Roadster başqa istiqamət aldı (VİDEO)

    Falcon Heavy raketi vasitəsilə Mars orbitinə çatdırılması nəzərdə tutulmuş Tesla Roadster-in səyahətində kiçik dəyişiklik olub.
    Belə ki, avtomobil Marsa yaxın orbitə çata bilməyəcək. Bunun səbəbi isə raket mühərriklərinin lazım olandan çox çalışması və nəticədə lazımi orbiti keçməsi olub. Mars orbitinin yerinə Tesla Roadster Yupiterə yaxın asteroid kəmərində yerləşən Serera cırtdan planeti tərəfə üz tutub. Daha əvvəlcədən də Musk bildirmişdi ki, avtomobilin Mars orbitinə çatması ehtimalı çox azdır.

    Qeyd etmək lazımdır ki, avtomobildə həmçinin “Made on Earth by humans” ismarışı da var. Bu, gələcəkdə avtomobili aşkar edə biləcək hər hansı bir sivilizasiyaya olacaq ismarış kimi çıxış edir. Falcon Heavy-nin start uçuşu nəticəsində onun 2 bloku uğurlu şəkildə geri qayıdaraq eniş etmişdir. Lakin 3-cü raket bloku dənizdə olan platformanın üzərinə uğurlu eniş edə bilmədi. O, eniş platformasından 90 metr aralıda eniş edərək ciddi şəkildə zədələnib. Musk-ın məlumatına əsasən mərkəzi blokun uğurlu eniş edə bilməməsinin əsas səbəbi çox güman ki, onda yanacağın bitməsidir.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Marsa səyahət təxirə salınır. Tesla Roadster başqa istiqamət aldı (VİDEO)