Marsda həyatın olmasına daha bir ümid: Marsda maye şəklində su aşkar edildi

Marsda həyatın olmasına daha bir ümid: Marsda maye şəklində su aşkar edildi

Texnologiya
26.07.2018 PAYLAŞIM

    Bir neçə alimdən ibarət qrup Mars planetinin səthində maye şəklində suyun tapılması barəsində xəbər verib. Belə ki, alimlər planetin cənub hissəsində buzlaqların altında böyük göl aşkar ediblər. Qeyd etmək lazımdır ki, Marsda suyun tapılması mövzusu alimlər üçün ən vacib məsələlərdən birinə çevrilib. Belə ki, suyun tapılması planetin səthində potensial həyat mühitinin olması və gələcəkdə Marsın insanların kolonizasiyası üçün münbit şərait təqdim etməsinə sübut ola bilər.

    Mars səthinin tədqiqatı üçün Mars Express peykinin MARSIS adlı radiolokasiya cihazından istifadə edilib. Planetin tədqiqatına 3 il vaxt sərf olunub. Bu müddət ərzində alimlər planetin cənub qütbünün müəyyən hissəsinin fotolarını çəkir və radarların məlumatlarını analiz edirdilər. Bu tədqiqatların nəticəsində alimlər xəbər veriblər ki, onlar planetin səthindən 1.5 km dərinlikdə maye şəklində böyük göl aşkar ediblər. Təqribi hesablamalara görə aşkar edilmiş gölün diametri 20 km, dərinliyi isə bir neçə santimetrdir.

Bənzər xəbər



    Aşağı temperatur göstəricilərinə baxmayaraq həmin göl donmuş vəziyyətdə deyil. Belə ki, həmin ərazidə böyük təzyiq var və ya gölün özü planet torpağı ilə qarışıb. İndi isə alimlər öz tapıntılarını təsdiqləməlidirlər. Bunun üçün InSight missiyası işə salınıb. Həmin missiya çərçivəsində Marsa xüsusi aparat göndərilib. Sözügedən aparat torpağı qazaraq temperaturu ölçəcək. Bu isə öz növbəsində suyun bu cür dərinlikdə maye şəklində qalıb-qalmamasını müəyyən etməyə yardımçı olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik AirPods Pro 2-nin nə zaman satışa çıxacağını açıqlayıb..

Naqilsiz AirPods Pro qulaqlıqlarının birinci nəsli 2019-cu ilin oktyabr ayında satışa çıxmışdı...


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...

×