Logo
    main-post-cover

    Mart ayı üzrə ən güclü 10 Android smartfon

    Elm & Texnologiya
    18.04.2018
    Emil
    AnTuTu şirkəti hər ay ən güclü smartfonlar reytinqini təqdim edir. Məsələn Yanvar və Fevral aylarında bu reytinqin aparıcı smartfonları Huawei Mate 10Mate 10 Pro modelləri olmuşdular. Mart ayı üzrə reytinq siyahısında isə bu smartfonlar öz aktuallığını itiriblər. AnTuTu-ya əsasən Mart ayının ən güclü smartfonları Galaxy S9S9 Plus (Snapdragon 845 prosessorlu) modelləri olub. Sözügedən smartfonlar ümumilikdə AnTuTu testlərində 264402 və 263754 xal yığıblar.

    Onlardan sonra siyahıda Kirin 970 prosessorlarına sahib Huawei Mate 10 və Mate 10 Pro modelləri qərarlaşıblar. 5-ci yeri Huawei-nin Honor V10 modeli tutub. Növbəti yerləri OnePlus 5T, OnePlus 5 modelləri tutub. Reytinq siyahısını yekunlaşdıran smartfonlar isə Nubia Z17/Z17sXiaomi Mi 6 olublar. Ümumilikdə bu reytinq siyahısı gözlənilən idi. Lakin fərq ondan ibarətdir ki, həmin siyahıya bir neçə müddət bundan əvvəl təqdim olunmuş Huawei P20, P20 ProXiaomi Mi Mix 2S modelləri daxil olmayıblar. Buna görə də növbəti ən güclü smartfonlar siyahısı Mart ayının siyahısından tamamilə fərqlənəcək.
    Paylaş
    Bənzər xəbərlər