Maynerlər bütün bitcoinlərin 80%-ni tapıblar. Bütün bitcoinlərin tapılması nə qədər vaxt alacaq?

Maynerlər bütün bitcoinlərin 80%-ni tapıblar. Bütün bitcoinlərin tapılması nə qədər vaxt alacaq?

Texnologiya
16.01.2018 PAYLAŞIM

Maynerlərin bütün səylərinə baxmayaraq onlar kriptovalyutanın proqram kodunun imkan verdiyindən daha artıq bitcoin əldə edə bilməyəcəklər.

Bu maksimum göstərici isə 21 milyon bitcoindir. Keçən həftə isə bitcoin daha vacib göstəricini əldə edib. Belə ki, ümumi bitcoin sayının 80%-i (16.8 milyon bitcoin) artıq əldə edilib. Növbədə isə 20%-in əldə edilməsidir. Lakin yerdə qalmış 20% bitcoinin əldə edilmıəsi heç də yaxın müddətdə baş verməyəcək. Belə ki, bitcoinin əldə olunması sürəti və çətinliyi qeyri-xəttidir. Daha çox bitcoin tapılanda, blockchainə daha çox blok əlavə etmək lazım gəlir və nəticədə növbəti blok üzərində çalışmaq daha da qəlizləşir

Bu cür qeyri-xəttiliyə görə proqnozlara əsasən yerdə qalan 20% bitcoin 2140-cı ilə kimi tapılacaq. Kriptovalyutanın tapılmasının qəlizliyinin artması ilə mükafatlandırılması da azalır. Bitcoinin alqoritmində təyin olunub ki, blockchainə əlavə olunmuş hər bir 210 blok tranzaksiyalardan sonra mükafatlandırma 2 dəfə aşağı düşür. Əgər 2009-cu ildə mayninqin start verilməsi zamanı bir blokun emalı nəticəsində maynerlər 50 bitcoin əldə edirdilərsə, indi 12.5 bitcoin əldə edirlər. Növbəti ikiqat azalma 2020-ci ildə gözlənilir.


Bitcoinin sayının məhdud olmasının tərəfdarları və düşmənləri var. Tərəfdarların fikrincə bu cür özəllik ənənəvi valyutalar üzərində üstünlükdür. Emissiya məhdudlaşmış, inflyasiya mümkün deyil, bitcoin sahibləri kasıblamayacaqlar. Düşmənlərin fikrincə isə sonuncu bitcoinin mayninqindən sonra bütün sistem dağılmağa başlayacaq. Sistemi ayaqda tutmaq üçün isə tranzaksiya komissiyasını qaldırmaq lazım gələcək. Sonuncu bitcoinin tapılmasına kimi 1 əsrdən çox bir vaxtın qaldığı zamanda tərəfdarlarla düşmənlərin fikirlərini təsdiq etmək çətin məsələdir. Həmin vaxta kimi çiplər enerji sərfiyyatı baxımından daha effektiv olacaq və kriptovalyuta tapılması daha sərfəli ola bilər. İndidən hansısa proqnozları qurmaq bir qədər mənasızdır. Bugünki fakt isə artıq tapılmış 16.8 milyon bitcoindədir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini a..

Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji pros..


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..

×