main-post-cover

    Mazda 6 (2019) - Orta Seqmentdə Premium Ruh (VİDEO)

    19.04.2019
    Aynar Məmmədzadə
        Mazda 6 2002-ci ildə ilk dəfə bazara daxil olanda "sıxıcı sedan" seqmentinə yeni bir ruh gətirmişdi. SUV -lərin məşhurlaşdığı, ənənəvi sedanların bazar payı itirdiyi dövrdə Mazda öz yenilikçi yanaşması ilə fərqlənirdi. Artıq 3-cü nəslinin yenilənmiş versiyası ilə işıq üzü görən model aradan keçən 17 ilə baxmayaraq yenə də başlanğıcdaki ruhunu qoruyur. Mazda 6 daim inkişaf edir, səhvlərini düzəldir amma bu onu sıxıcı şirkət avtomobilinə çevirmir. Əksinə, yerində edilən dəyişiklilər, kiçik detallara diqqət və istifadəçilərdən alınmış fikirlərlə avtomobilin performansına edilən tənzimləmələr onu orta seqmentin etalonuna çevirir.
        Mazda 6-nı fərqləndirən ilk cəhət avtomobilin dizayn dilidir. Bu model öz rəqibləri kimi agressiv və yırtıcı görüntü yaratmır. Ümumi görüntüsü təmkinli, dəqiq və yaraşıqlıdır. İlk iki xüsusiyyəti avtomobilin digər hissələrinə də aid etmək olar. Misal üçün mühərrik (2.5L atmosfer) turbolu ekvalentləri kimi üst dövrlərdə maşını önə atmır, tork dövrlər arasında bərabər paylandığı üçün sürətlənmə necə deyəllər yağ kimi gedir.
        Şassi Mazdanın bir çox modeldə istifadə etdiyi universal platformasıdır. Yenilənmiş modeldə bütün onurğa sisteminə müəyyən əlavələr  və dəyişiklilər edilib. Bu platforma xüsusilə sedanlarda çox kip olması ilə tanınırdı və yenilənmiş Mazda 6-da bu amil daha da aydın hiss edilir.
        Avtomobilin iç dizaynı üst səviyyədədir. Hər bir detal sadə amma yerindədir. Eyni zamanda taxta və aliminum kimi materialların da boyanmış plastikdən olmaması avtomobili premium seqment sedanlara yaxşınlaşdırır.
        Ümumiyyətlə Mazda 6 öz öhdəliklərini yerinə yetirməklə yanaşı seqmentin tələblərini biraz da üstələyir. İstər təmkinli xarici görünüşü,  istərsə də üst səviyyəli sedanlarla müqaisə oluna biləcək interiyerilə Mazda 6 orta seqmentdə premium ruh yaradır.
    Linki kopyala