Logo
    main-post-cover

    MediaTek 9400 flaqman prosessoru barəsində ilk məlumatlar verilib

    Elm & Texnologiya
    18.12.2023
    Emil
         MediaTek Dimensity 9300 flaqman prosessorunun keçən ay təqdim olunmasına baxmayaraq artıq Dimensity 9400 prosessoru barəsində ilk məlumatlar verilib. MediaTek şirkətinin gələn il təqdim edəcəyi Dimensity 9400 prosessoru barəsində ilk məlumatları Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Dimensity 9400 prosessorunun tərkibində 4 ədəd performanslı Cortex-X5 nüvəsi olmayacaq.
         Bununla belə hal-hazırda aktual olan Dimensity 9300 kimi Dimensity 9400-də də enerji effektivliyi nüvələri olmayacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Dimensity 9300 özündə 4 ədəd Cortex-X4 nüvəsini və 4 ədəd Cortex-A720 nüvəsini birləşdirir. İnsayder əlavə edib ki, Dimensity 9400 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq və bütün göstəricilər üzrə Snapdragon 8 Gen 4-ü geridə qoyacaq. Prosessoru ilk əldə edəcək smartfonlar isə OPPO vivo şirkətlərinin smartfonları olacaqlar.
    Paylaş