
MediaTek büdcəli smartfonlar üçün Dimensity 6300 adlı yeni prosessorunu təqdim edib
Elm & Texnologiya
19.04.2024
Farid
MediaTek şirkəti büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Yeni büdcəli prosessor Dimensity 6300 adlanır. Dimensity 6300 prosessoru 6 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Bu prosessor 8 nüvəlidir və onun tərkibində nüvələr “2+6” sxemi üzrə yerləşiblər. Yəni Dimensity 6300 özündə 2.4 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A76 nüvəsini və 2.0 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
Prosessorun qrafik imkanlarından isə Mali G57 MC2 çipi cavabdehdir. Dimensity 6300 LPDDR4x standartlı RAM yaddaşlarını və UFS 2.2 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Üstəlik bu prosessor, 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranların, 108 MP-ə kimi olan kameraların, Wi-Fi 5-in, Bluetooth 5.2-nin dəstəklərinə sahibdir. Dimensity 6300 vasitəsilə çalışacaq ilk smartfonların yaxın zamanda təqdim olunacaqları gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
