
MediaTek Dimensity 7200 Ultra prosessoru təqdim edilib
Elm & Texnologiya
11.09.2023
Emil
MediaTek şirkəti heç bir təqdimat tədbiri keçirtmədən Dimensity prosessor seriyasının yeni modelini anons edib. Söhbət, Dimensity 7200 Ultra-dan gedir. Bu yeni prosessor Dimensity 7200 modelinin bir qədər yaxşılaşdırılmış versiyasıdır. Dimensity 7200 Ultra prosessoru TSMC şirkətinin 2-ci nəsil 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb.
O özündə 2.8 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A715 nüvəsini, 1.8 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A510 nüvəsini və Mali G610 MC4 adlı qrafik çipini birləşdirir. Dimensity 7200 Ultra 144 Hz-ə kimi təsvir yenilənməsinə sahib ekranları, 200 MP-ə kimi olan kameraları, LPDDR5 standartlı RAM yaddaşlarını, UFS 3.1 standartlı daxili yaddaş həcmlərini, Wi-Fi 6E və Bluetooth 5.3 texnologiyalarını dəstəkləyir. Dimensity 7200 Ultra prosessoruna sahib ilk smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
