
MediaTek Dimensity 8300 prosessoru təqdim edilib
Elm & Texnologiya
21.11.2023
Emil
MediaTek şirkəti daha öncədən də söz verdiyi kimi Dimensity 8300 adlı yeni subflaqman prosessorunu təqdim edib. Sözügedən prosessor yeni nüvələri, GPU-nu və generativ süni zəka dəstəyini əldə edib. Məlumatda qeyd edilib ki, Dimensity 8200-dən fərqli olaraq Dimensity 8300-ün nüvələri 20%, GPU-su isə 60% daha sürətlə çalışır. Dimensity 8300 prosessoru TSMC şirkətinin ikinci nəsil 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. Prosessorda nüvələr “1+3+4” sxemi üzrə yerləşiblər.
Bu isə o deməkdir ki, Dimensity 8300 özündə 3.35 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A715 nüvəsini, 3.2 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A715 nüvəsini və 2.2 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini birləşdirir. Prosessorun qrafik imkanlarından isə Mali G615 MC6 qrafik çipi cavabdehdir. Dimensity 8300 prosessoru 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib WQHD+ ekranları, 180 Hz-ə kimi təsvir yenilənməsinə sahib Full HD+ ekranları, LPDDR5X standartlı RAM yaddaşlarını, UFS 4.0 standartlı daxili yaddaş həcmlərini, 320 MP-ə kimi olan kameraları, Wi-Fi 6E və Bluetooth 5.4 texnologiyalarını dəstəkləyir. Dimensity 8300 prosessoruna sahib ilk smartfonlar artıq bu ilin sonuna kimi satışa çıxmalıdırlar.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
