
MediaTek Dimensity 8300 prosessorunun təqdimatı anons edilib
Elm & Texnologiya
16.11.2023
Emil
MediaTek şirkəti növbəti orta səviyyəli Dimensity prosessorunun təqdimatını anons edib. Söhbət, Dimensity 8300-dən gedir. Şirkət tərəfindən Çinin Weibo adlı sosial şəbəkəsində təqdim edilmiş məlumata əsasən sözügedən prosessor 21 noyabr tarixində təqdim ediləcək. Yəni gələn həftə. Qeyd etmək lazımdır ki, Dimensity 8300 prosessoru bir neçə müddət bundan öncə təqdim edilmiş Dimensity 9300 prosessorunun daha sadələşdirilmiş versiyası olacaq. Son məlumat sızıntılarına əsasən Dimensity 8300 prosessoru 2.8 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 nüvəsini, 2.4 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A714 nüvəsini və 1.6 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini əldə edəcək. Prosessorun qrafik imkanlarından isə Mali G52 MC6 qrafik çipinin cavabdeh olacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
