
MediaTek Dimensity 8400 prosessorunun təqdimatı elan edilib
Elm & Texnologiya
18.12.2024
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, MediaTek şirkəti bu ayın sonuna kimi yeni subflaqman prosessorunu təqdim edəcək. Söhbət, MediaTek Dimensity 8400-dən gedir. İndi isə şirkət sözügedən prosessorun təqdimatını anons edib. Şirkətin rəsmi anonsuna əsasən Dimensity 8400 prosessoru 23 dekabr tarixində Çində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən MediaTek-in bu yeni subflaqman prosessoru TSMC şirkətinin 4 nanometrlik istehsalat prosesi əsasında hazırlanıb. O özündə 8 nüvəni birləşdirir. Prosessor tərkibində nüvələr “1 + 3 + 4” sxemi üzrə yerləşiblər. Bu isə o deməkdir ki, Dimensity 8400 özündə 3.25 GHz tezlikdə çalışan 1 ədəd nüvəni, 3.0 GHz tezlikdə çalışan 3 ədəd nüvəni və 2.1 GHz tezlikdə çalışan 4 ədəd nüvəni birləşdirir. Bu yeni prosessorda qrafik imkanlardan Immortalis G720 MC7 qrafik çipi cavabdehdir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
