Logo
    main-post-cover

    MediaTek Dimensity 8400 subflaqman prosessoru təqdim edilib

         MediaTek şirkəti daha öncə də söz vermiş olduğu kimi yeni subflaqman prosessorunu təqdim edib. Söhbət, MediaTek Dimensity 8400 prosessorundan gedir. Beləliklə bu yeni prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. Prosessor 8 nüvəlidir və nüvələr onun tərkibində “1 + 3 + 4” sxemi üzrə yerləşiblər. Bu isə o deməkdir ki, Dimensity 8400 özündə 3.25 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A725 nüvəsini, 3.0 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A725 nüvəsini və 2.1 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A725 nüvəsini birləşdirir.
         Şirkət bildirib ki, Dimensity 8300 ilə müqayisədə Dimensity 8400 prosessoru çox nüvəli çalışma rejimində 41% daha yüksək performans sərgiləyir. Onun enerji sərfiyyatı isə Dimensity 8300-ün enerji sərfiyyatından 44% daha aşağıdır. Bu yeni prosessorda qrafik imkanlardan Mali-G720 çipi cavabdehdir.
         Prosessor özündə bütün əsas böyük dil modellərini dəstəkləyən NPU 880 adlı neyron çipini də birləşdirir. Dimensity 8400 prosessoru 120 Hz-lik təsvir yenilənməsinə sahib WQHD+ keyfiyyətli və 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları dəstəkləyir. Üstəlik prosessorda 320 MP-ə kimi olan kameraların, LPDDR5X standartlı RAM yaddaşlarının, Wi-Fi 6E-nin və Bluetooth 5.4-ün dəstəkləri reallaşdırılıb. Dimensity 8400-ə sahib ilk smartfonlar yaxın zamanda təqdim olunacaqlar.
    Paylaş