Logo
    main-post-cover

    MediaTek Dimensity 8400 subflaqman prosessoru təqdimata hazırlaşır

    Elm & Texnologiya
    22.07.2024
    Emil
        Bir neçə müddət bundan öncə ortaya çıxmış məlumata əsasən MediaTek şirkəti Dimensity 8400 adlı yeni subflaqman prosessorunu təqdim etməyə hazırlaşır. Təqdimata hazırlaşan bu yeni subflaqman prosessor Qualcomm-un Snapdragon 8s Gen 3 prosessoru ilə rəqabət aparmalıdır. Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, Dimensity 8400 prosessoru AnTuTu testlərində ümumilikdə 1.7 milyondan 1.8 milyona kimi xal toplaya bilir.
         Bu isə öz növbəsində Snapdragon 8s Gen 3-ün AnTuTu-dakı nəticəsini üstələyir. Belə ki, Qualcomm prosessoru AnTuTu-da ümumilikdə 1.7 milyon xal toplaya bilir. Üstəlik qeyd etmək lazımdır ki, Dimensity 8400 daha aşağı satış qiymətinə sahib olacaq. Gözləntilərə əsasən MediaTek-in bu yeni prosessoruna sahib smartfonlar 200$-dan satılacaqlar. Bu isə öz növbəsində alıcılara münasib qiymətə performanslı smartfon təklif etmək istəyən istehsalçılar üçün ideal variant olmalıdır.
    Paylaş