
MediaTek Dimensity 9300 flaqman prosessoru təqdim olundu
Elm & Texnologiya
06.11.2023
Emil
Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra MediaTek şirkəti sonunda Dimensity 9300 adlı yeni flaqman prosessorunu təqdim etdi. Daha öncə də gözlənildiyi kimi Dimensity 9300 prosessoru Snapdragon 8 Gen 3-dən daha güclüdür. Lakin bununla belə şirkət öz yeni flaqman prosessorunun enerji effektivliyinə də diqqət ayırıb. Bu yeni prosessor Dimensity 9200 və 9200+ prosessorlarının davamçısıdır. O, TSMC şirkətinin 3-cü nəsil 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. Dimensity 9300-ün tərkibi yalnız yüksək performanslı nüvələrdən təşkil edilib. Prosessorun tərkibində nüvələr "1+3+4" sxemi üzrə yerləşiblər.
Yəni Dimensity 9300 prosessoru 3.25 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsinə, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-X4 nüvəsinə və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsinə sahibdir. Prosessor üstəlik özündə 8 MB-lıq L3 keş yaddaşını və 10 MB-lıq ümumi keş yaddaşını birləşdirir. MediaTek-in sözlərinə əsasən Dimensity 9200-dən fərqli olaraq Dimensity 9300-ün bir nüvəli performansı 15%, çox nüvəli performansı isə 40% daha yüksəkdir. Bununla yanaşı yeni prosessorun maksimal yüklənmə zamanı sərf etdiyi enerji miqdarı Dimensity 9200-də olandan 33% daha aşağıdır. Prosessorun tərkibinə Immortalis-G720 adlı 12 nüvəli yeni qrafik çip quraşdırılıb.

Dimensity 9300 özündə APU 790 adlı süni zəka mühərrikini birləşdirir. Daha öncəki süni zəka mühərriki ilə müqayisədə APU 790-da məlumatların emalı sürəti 8 dəfə yüksəkdir. APU 790 sayəsində Stable Diffusion-da fotonun tərtibatı cəmi 1 saniyə vaxt aparır. Bununla yanaşı yeni süni zəka mühərriki 33 milyarda kimi parametrə sahib böyük dil modellərini dəstəkləyir. Başqa sözlə desək, Dimensity 9300 generativ süni zəka alqoritmlərinin işlərini birbaşa smartfonda sürətləndirir. Dimensity 9300 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 4K ekranları, 180 Hz-lik təsvir yenilənməsinə sahib 1440p ekranları, 320 MP-ə kimi olan kameraları, LPDDR5 standartlı RAM yaddaşlarını, Wi-Fi 7 və Bluetooth 5.4 texnologiyalarını dəstəkləyir və 5G dəstəyini özündə birləşdirir. Qeyd etmək lazımdır ki, Dimensity 9300 prosessorunu əldə edəcək ilk smartfon 13 noyabr tarixində təqdim ediləcək vivo X100 olacaq.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
MediaTek Dimensity 9300-ün sadələşdirilmiş versiyası Dimensity 8300-ü təqdim edəcək
MediaTek şirkəti yaxın saatlar ərzində Dimensity 9300 flaqman prosessorunu təqdim edəcək.

Elm & Texnologiya
NVIDIA və MediaTek birgə kompüterlər desktop prosessor üzərində çalışırlar
Hələ bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, NIVIDIA şirkəti Windows kompüterlər üçün nəzərdə tutulmuş ARM prosessorlar bazarına daxil olmağı planlaşdırır.

Elm & Texnologiya
MediaTek Dimensity 9300 flaqman prosessorunun təqdimatını rəsmi şəkildə anons edib
Bir neçə saat bundan öncə biz xəbər verdik ki, MediaTek öz növbəti flaqman prosessoru olacaq Dimensity 9300-ü 6 noyabr tarixində təqdim edə bilər.

Elm & Texnologiya
MediaTek Dimensity 9300 flaqman prosessorunun dəqiq təqdimat tarixi açıqlanıb
Biz artıq dəfələrlə məlumat vermişik ki, MediaTek şirkəti özünün növbəti flaqman prosessoru olacaq Dimensity 9300-ü təqdim etməyə hazırlaşır.

Elm & Texnologiya
MediaTek Dimensity 9300 prosessoru AnTuTu-da rekord nəticə sərgiləyib
MediaTek şirkəti artıq yaxın zamanda Dimensity 9300 flaqman prosessorunu təqdim etməlidir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
