
MediaTek Dimensity 9300 flaqman prosessorunun dəqiq təqdimat tarixi açıqlanıb
Elm & Texnologiya
24.10.2023
Emil
Biz artıq dəfələrlə məlumat vermişik ki, MediaTek şirkəti özünün növbəti flaqman prosessoru olacaq Dimensity 9300-ü təqdim etməyə hazırlaşır. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, sözügedən prosessor noyabr ayında təqdim ediləcək. İndi isə təqdimatın hansı tarixdə baş tutacağı barəsində məlumat verilib. Verilmiş məlumata əsasən Dimensity 9300 prosessoru 6 noyabr tarixində təqdim ediləcək.
Qeyd etmək lazımdır ki, Dimensity 9300 mobil prosessorlar bazarının ən güclü prosessorlarından biri ola bilər. Belə ki, o özündə 4 ədəd Cortex-X4 nüvəsini və 4 ədəd Cortex-A720 nüvəsini birləşdirməlidir. Həmçinin məlumatda qeyd edilib ki, Dimensity 9300-ü ilk olaraq vivo x100, vivo x100 Pro və OPPO Find X7 flaqman smartfonları əldə edəcəklər. Dünən isə xəbər verildi ki, Dimensity 9300 AnTuTu bençmarkında 2 milyondan çox xal toplayıb.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
