Logo
    main-post-cover

    MediaTek Dimensity 9300 flaqman prosessorunun təqdimat müddəti açıqlanıb

    Elm & Texnologiya
    12.10.2023
    Emil
         Artıq çoxdan məlumdur ki, MediaTek şirkəti öz yeni flaqman prosessoru üzərində çalışır. Söhbət, Dimensity 9300-dən gedir. Onun rəqibi olacaq Snapdragon 8 Gen 3 bu ayın sonunda təqdim olunacaq. Lakin Dimensity 9300-ün nə zaman təqdim olunacağı indiyənə kimi məlum deyildi. Bu vəziyyəti insayderlər dəyişiblər. Onlar sözügedən yeni flaqman prosessorun təqdimat müddətini açıqlayıblar.
         Beləliklə insayderlərin sözlərinə əsasən MediaTek şirkəti Dimensity 9300 prosessorunu gələn ay təqdim etməyi planlaşdırır. Dəqiq təqdimat tarixi isə hələ məlum deyil. Qeyd etmək lazımdır ki, Dimensity 9300 mobil prosessorlar bazarında ən güclü prosessorlardan biri statusunu qazanmağa namizəddir. Belə ki, prosessor özündə 4 ədəd Cortex-X4 nüvəsini və 4 ədəd Cortex-A720 nüvəsini birləşdirməlidir. Dimensity 9300-ün 4 nanometrlik texnoloji proses əsasında hazırlanacağı gözlənilir.
    Paylaş