Logo
    main-post-cover

    MediaTek Dimensity 9300 flaqman prosessorunun təqdimatını rəsmi şəkildə anons edib

    Elm & Texnologiya
    24.10.2023
    Emil
         Bir neçə saat bundan öncə biz xəbər verdik ki, MediaTek öz növbəti flaqman prosessoru olacaq Dimensity 9300-ü 6 noyabr tarixində təqdim edə bilər. İndi isə şirkət prosessorun təqdimatını rəsmi şəkildə anons edib. Bizim daha öncə verdiyimiz məlumat isə tamamilə doğru olub. Belə ki, şirkətin rəsmi anonsuna əsasən Dimensity 9300 prosessoru həqiqətən də 6 noyabr tarixində təqdim ediləcək.
         Qeyd etmək lazımdır ki, Dimensity 9300 prosessoru yaxın günlərdə təqdim ediləcək Snapdragon 8 Gen 3 ilə rəqabət aparacaq və hətta onu geridə qoymaq potensialına da sahib ola bilər. Belə ki, MediaTek-in yeni flaqman prosessoru özündə 4 ədəd Cortex-X4 nüvəsini və 4 ədəd Cortex-A720 nüvəsini birləşdirməlidir. O, hal hazırda aktual olan Dimensity 9200-dən 15% daha performanslı və 40% daha enerji effektivli olmalıdır. Son məlumata əsasən Dimensity 9300 AnTuTu bençmarkında 2 milyondan çox xal toplayıb.
    Paylaş