
MediaTek Dimensity 9300 Plus flaqman prosessorunun təqdimatı anons edilib
Elm & Texnologiya
25.04.2024
Farid
MediaTek şirkəti yeni flaqman prosessorunun təqdimatına hazırlaşır. Şirkət yeni flaqman prosessorunun nə zaman təqdim olunacağını da açıqlayıb. Şirkətin təqdim etmiş olduğu rəsmi posterə əsasən yeni flaqman prosessor 7 may tarixində təqdim olunacaq. Söhbət, MediaTek Dimensity 9300 Plus prosessorundan gedir. Gözləntilərə əsasən Dimensity 9300 Plus prosessoru keçən ilin noyabr ayında təqdim edilmiş adi Dimensity 9300 prosessorunun bir qədər təkmilləşdirilmiş versiyası olacaq. Çox güman ki, yeni prosessorun nüvələri daha yüksək çalışma tezliklərinə və prosessorun özü yaxşılaşdırılmış qrafik çipə sahib olacaqlar. Təqdim edilmiş posterdən də görmək olar ki, MediaTek şirkəti Dimensity 9300 Plus prosessorunda süni zəka imkanlarına xüsusi diqqət ayıracaq. Dimensity 9300 Plus prosessorunu ilk olaraq hansı smartfonların əldə edəcəkləri barəsində hələ bir məlumat yoxdur.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
